Mərkəzi Asiya və Qafqazda Qərb mallarının Rusiyaya təkrar ixracı üçün iki mərkəz var: Ermənistan və Gürcüstan. Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Ermənistan Rusiyaya nəhəng birbaşa ixracı, Gürcüstan isə Rusiyanın sattelit ölkələrinə ixracında böyük …
Read More »Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda kömək edir
Ermənistanın Rusiyaya ixracı Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə 430% artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb. Bundan əlavə, Ermənistanın Qazaxıstana ixracı 1 200%, Qırğızıstana 1 600%, Özbəkistana 250% və BƏƏ-yə 900% artıb. İqtisadçı hesab edir ki, bütün bu …
Read More »Türkiyədə yeni radar sistemi ölkənin hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək
Türkiyədə yaradılan yerli istehsal radar ölkənin bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək. Boyukmillet.com-un məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. Onun sözlərinə görə, türkiyəli mühəndislər tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı ölkənin cənub-şərqində Qaziantep hava limanında quraşdırılıb. “Fərqli ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində 1 milyon kvadrat kilometrlik ərazidə bütün Türkiyə hava sahəsi …
Read More »İraqın şimalında daha iki terrorçu zərərsizləşdirilib
İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da zərərsizləşdirilən terrorçuların sayı 8-ə yüksəlib. Qeyd edək ki, fevralın 17-də terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb. “Biz şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, qoymayacağıq!”, – nazirliyin açıqlamasında deyilir.
Read More »Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirməsi nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb. Eyni zamanda, ölkənin Sumı vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, Xarkov vilayətinin prokurorluğu və Sumı Vilayət Hərbi Administrasiyası teleqramda bildiriblər. “Saat 13:30 …
Read More »İraqın şimalında Türkiyə hərbçisi şəhid olub
İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində STT (separatçı terror təşkilatı, hərbi qurum STT altında əksərən PKK-nı nəzərdə tutur – red.) üzvləri baza ərazimizə sızmağa cəhd göstərməsi nəticəsində baş vermiş qarşıdurmada qəhrəman silahdaşımız müqaviləli …
Read More »Pentaqon Rusiyanın Ukraynadakı əməliyyatlara 211 milyard dollar xərclədiyini açıqlayıb
Rusiya, ehtimal ki, Ukraynadakı əməliyyatlar üçün qoşunların təchiz edilməsi, yerləşdirilməsi və saxlanması üçün 211 milyard dollara qədər (19,5 trilyon rubl) xərcləyib. Boyukmillet.con xəbər verir ki, bu barədə “Reuters” agentliyi adını açıqlamadığı Pentaqon rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Moskva münaqişə nəticəsində 1,3 trilyon dollar (120 trilyon rubl) itirəcək. Kiyevə yardımın göstərilməsinin zəruriliyi ilə bağlı Konqresdəki müzakirələrdə danışan şəxs bildirib: …
Read More »İstanbul turizmdə rekord vurdu – FOTO
Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul 2023-cü ildə 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekordunu vurub. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, İstanbula gələn əcnəbilərin sayı əvvəlki ilə nisbətən 8.44% artıb. 2023-cü ildə İstanbula ən çox xarici ziyarətçi sayına əsasən Rusiya Federasiyası 1 milyon 990 min 226 …
Read More »Türkiyədə batan karqo gəmisi tapılıb
Türkiyənin Marmara dənizində batan karqo gəmisi tapılıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib. Qeyd olunub ki, gəmi dənizin 51 metr dərinliyində aşkarlanıb. Axtarış-xilasetmə tədbirləri davam edir. Gəmidəki insanlar barədə hələ ki məlumat yoxdur. Qeyd edək ki, gəmi fevralın 15-də əlverişsiz hava şəraiti səbəbindən batıb. Batan gəmidə altı nəfərin olduğu bildirilir.
Read More »Ermənistanda külli miqdarda saxta dollar satan cinayətkar qrup aşkarlanıb
Ermənistanda külli miqdarda saxta valyuta alveri ilə məşğul olan cinayətkar qrup aşkarlanıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə İstintaq Komitəsi xəbər yayıb. Komitənin Dərələyəz mahalı (dəyişdirilmiş adı “Vayots dzor”) üzrə istintaq idarəsində polislə birgə aparılan istintaq zamanı satış məqsədi ilə külli miqdarda saxta valyutanın əldə edilməsi, saxlanması və daşınması faktı aşkarlanıb. Məlum olub ki, İrəvan sakini satmaq məqsədi ilə digər paytaxt …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar