Bazar , 15 Fevral 2026

Region

Xəzər dənizində Rusiyanın sərnişin gəmisi batıb

Xəzər dənizində Rusiyanın göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmisi batıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə zamanı iki nəfər itkin düşüb. “İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər …

Read More »

Türkiyə və Gürcüstan XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı son durumu müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlərin görüşündən sonra keçirdikləri mətbuat konfransında H.Fidan deyib. “Regionda ən yaxın gələcəkdə sabitliyin bərpası, konstruktiv mühitin təmin olunması barədə arzumuzu, mövqeyimizi ifadə etdik”, – o söyləyib.

Read More »

Türkiyə Prezidenti Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Qəzzada qan axması hələ də dayanmayıb: “İsrailin hücumları davam edir. Sülh çağırışları ABŞ-nin mənfi təsirləri nəticəsində nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, …

Read More »

Ərdoğan İraqın şimalındakı yerli hakimiyyətə xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kürdüstan Regionunun rəhbərliyinə PKK terror qruplaşması və onun qollarına dəstəklə bağlı xəbərdarlıq edib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı həmin ərazidə terror qruplaşmalarının yeni təşkilatlanma hallarının müşahidə edildiyini bildirib. Misirdən rəsmi səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan söyləyib ki, İraqın şimalındakı yerli hakimiyyətə əvvəllər də dəfələrlə xəbərdarlıq ediblər: …

Read More »

Ermənistan ordunu Rusiyanın təsirindən uzaqlaşdırmağa və NATO kadrlarını cəlb etməyə çalışır

Ermənistan silahlı qüvvələrinin sıralarında yeni kadr dəyişikliklərinin əsas məqsədi “Rusiya məktəbi” keçmiş və Moskvanın təsiri altında olan kadrlardan xilas olmaqdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Bildirilib ki, Ermənistan hakimiyyəti kadr dəyişikliyinin uzun müddət əvvəl planlaşdırıb: “Amma İrəvan fevralın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlikdən istifadə edərək ictimaiyyətin diqqətini kadr dəyişikliklərinin əsas mahiyyətindən yayındırıb”. “Lakin reallıqda …

Read More »

Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub, yaşayış evlərinə ziyan dəyib

Ukraynanın Lvov şəhərinin Rusiya hərbçiləri tərəfindən raket atəşinə tutulması nəticəsində yaşayış binalarına ziyan dəyib, pəncərələrin şüşələri sınıb. Boyukmillet.com “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Lvov şəhərinin başçısı Andrey Sadovoy bildirib. Onun sözlərinə görə, raketlərin bəziləri şəhərə düşüb. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur. Bildirilib ki, fevralın 15-də saat 5 radələrində Murmansk vilayətindəki Olenya hərbi aerodromundan altı “Tu-95” strateji …

Read More »

Putin prezident seçkilərində debatlarda iştirakdan imtina edib

Rusiya Prezidenti Vladimir Putin prezident seçkilərində debatlarda iştirakdan imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib. Bildirilib ki, MSK-ya prezidentliyə namizəd Vladimir Putinin debatlarda iştirakdan imtina etməsi barədə müraciət daxil olub. Rusiyada martın 15-dən 17-dək keçiriləcək seçkilərdə prezident vəzifəsi uğrunda dörd namizəd mübarizə aparacaq. Bunlar Rusiya MSK tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi təsdiqlənmiş hazırkı …

Read More »

Ermənistan XİN-in saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib

Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə yazıb. “Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib”, – politoloq qeyd edib. “Əgər bu texniki səhv deyilsə …

Read More »

Azərbaycan və Türkiyə Rusiyaya 20 milyona yaxın yumurta ixrac edib

Fevralın 12-nə qədər Azərbaycan və Türkiyədən Rusiyaya 20 milyona yaxın yumurta ixrac edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Bildirilib ki, fevralın 5-dən 12-dək Rusiyaya sonrakı satış üçün “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan 2,4 milyon, Türkiyədən isə 4,1 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası daxil olub.

Read More »

Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib. “Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib. Siyasətçi …

Read More »