ABŞ-nin “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson Rusiyanın paytaxtı Moskvaya Prezident Vladimir Putinlə müsahibə almaq məqsədilə gəldiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, onun videomüraciəti öz saytında, habelə amerikalı milyarder İlon Maskın sahibi olduğu “X” sosial şəbəkəsindəki hesabında yayımlanıb. “Bu gecə Moskvadayıq. Prezident Vladimir Putindən müsahibə almaq üçün buradayıq. Tezliklə bunu edəcəyik”, – o qeyd edib. Karlson Putinlə müsahibəyə aylarla hazırlaşdığını bildirib. Sabiq …
Read More »Türkiyənin XİN başçısı qətərli həmkarı ilə İsrail və HƏMAS arasındakı mümkün razılaşmanı müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Telekanalın əldə etdiyi məlumata görə, Fidan həmkarı ilə Qətər və Misirin səyi nəticəsində İsrail və HƏMAS-a təqdim olunmuş çərçivə razılaşması ilə bağlı son vəziyyəti müzakirə edib. Türkiyənin baş diplomatı sözügedən …
Read More »Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var: “Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiya da vacibdir”. “Vladimir Putinin səfəri zamanı …
Read More »Türkiyədə məhkəmə binasına silahlı hücum olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb
Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 5 nəfər yaralanıb. Qeyd edilib ki, ölənlər hücum edən şəxslərdir.
Read More »Rusiya Ukraynaya S-300 raketi ilə hücum edib, ölən və yaralananlar var
Rusiya Silahlı Qüvvələri bu gün səhər Ukraynanın Lvov vilayətinin Zoloçiv şəhərinə S-300 raketləri ilə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində iki aylıq körpə ölüb. Üç qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin, yeddi fərdi yaşayış evi, 19 mülki infrastruktur obyekti, iki inzibati bina və azı 5 mülki avtomobilə ziyan dəyib.
Read More »FHN Türkiyədə baş verən zəlzələnin ildönümü ilə bağlı başsağlığı verib
Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, zəlzələ baş verdikdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişib: “Dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin …
Read More »Türkiyənin XİN rəhbəri ABŞ-nin fevralın 10-dək F-16 ilə bağlı qərar verəcəyini gözləyir
Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı qərar gözləyir. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə “A-haber” telekanalının efirində bildirib. “Biz parlamentdə İsveçlə bağlı qanununu (İsveçin NATO-ya daxil olması haqqında protokol) təsdiq edən kimi ABŞ Prezidenti Cozef Bayden Konqresə məktub göndərdi. Prezidentimiz bu qanunu imzaladıqdan dərhal sonra sənəd həmin tərəfə təhvil verildi …
Read More »ABŞ Türkiyəyə vermədiyi “F-35”lərin saxlanmasına görə ödəniş istəyir
ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması səbəbindən ölkəyə verilməyən “F-35” qırıcılarının saxlanması üçün Türkiyədən ödəniş almaq istəyir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti yazıb. Belə ki, Türkiyə ödəniş etməsinə baxmayaraq Amerika tərəfi 6 ədəd “F-35A Lightning II” qırıcısını 6 ildir ki, anqarda saxlayır. “Bu təyyarələrin hazır vəziyyətdə saxlanılmasını təmin etmək üçün hər ay texniki xidmət göstərilir. Amerika Birləşmiş …
Read More »Türkiyə Prezidenti azərbaycanlı xilasedicilərə təşəkkür edib
“Təxminən 1 il əvvəl, 6 fevralda baş verən zəlzələ nəticəsində həyatını itirən 53 mindən çox vətəndaşımızın hər birinə Allahdan rəhmət diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən, 14 milyon …
Read More »PKK İraqın şimalında Türkiyə hərbçilərinə hücum edib, ölən və yaralanan var
İraqın şimalında PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb. Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, fevralın 3-də İraqın şimalında antiterror əməliyyatı bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi yaralanıb. Yaralılar hospitala yerləşdirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar