ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti Ermənistanın sərhəd qüvvələri ilə birlikdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində investisiya tələb edən istiqamətləri dəqiqləşdirərək, analitik metodologiya hazırlayacaq. Boyukmillet.com-un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin məlumatında deyilir. Qeyd olunub ki, bu işlər avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçiriləcək. “ABŞ Gömrük və …
Read More »SON DƏQİQƏ: Türkiyədə Mossad agenti SAXLANILDI
İsrailli Mossad agenti Serkan Çiçək, əsl adı Muhammed Fatih Keleş, Türkiyədə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Respublika Prokurorluğu və İstanbul polisi tərəfindən həyata keçirilib.S.Çiçək etiraf edib ki, Mossad agenti Faysal Raşidin adına casusluq edib və İsrail siyasətlərini tənqid edən fələstinli fəala casusluq fəaliyyəti göstərib. Məlumata görə, Çiçək daha əvvəl detektiv kimi çalışıb və İsraillə …
Read More »İran-Ermənistan elektrik xətti gələn ilin I yarısında qismən istifadəyə verilə bilər
İranla Ermənistan arasında 400 kVt gərginlikli elektrik ötürücü xəttinin tikintisi 2026-cı ilin I yarısında qismən başa çatdırıla bilər. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinə məxsus “Yüksək gərginlikli elektrik şəbəkələri” QSC-nin mətbuat xidməti məlumat yayıb. Həmin vaxta qədər xəttin İran sərhədindən Sisian rayonunda tikilməkdə olan Noravan yarımstansiyasına qədər bir dövrəsinin başa çatdırılması planlaşdırılır. …
Read More »Rusiyada Çexiyanın viza mərkəzlərinin işi dayandırılıb
Çexiyanın Rusiyadakı viza mərkəzləri sentyabrın 30-dan etibarən işini dayandırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri “VFS Global”ın mətbuat açıqlamasına istinadən məlumat verir. “Hörmətli müraciətçilər, sizi Çexiyanın Rusiyadakı viza mərkəzlərinin fəaliyyətinin başa çatması barədə məlumatlandırırıq. 2025-ci il sentyabrın 26-sı regional mərkəzlərdə müraciətlərin qəbulu üçün son gün, sentyabrın 29-u isə Moskvada son gündür. Bu tarixdən sonra Çexiya Şengen vizalarının verilməsi …
Read More »Paşinyan Ermənistan və Azərbaycan arasındakı sülhü tarixi hadisə adlandırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsini tarixi hadisə adlandırıb və bunun Azərbaycan və Ermənistan hökuməti və xalqları üçün bir nailiyyət olduğunu qeyd edib. Boyukmillet.com-un məlumatına görə, o, bunu Strasburqda AŞPA-nın iclasındakı çıxışında bildirib. “ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasını təsdiqləyən bəyannamə qəbul edilib. ABŞ Prezidenti Donald Tramp şahid qismində bu bəyannaməyə …
Read More »Putin orduya çağırışla bağlı fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin 2025-ci ildə payız çağırışı haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. “2025-ci il oktyabrın 1-dən dekabrın 31-dək payız çağırışı zamanı Rusiya Silahlı Qüvvələrinə 135 min nəfər çağırılacaq”, – sənəddə qeyd olunub.
Read More »ŞKTR Prezidenti: Türkiyənin adadakı hərbi varlığı qırmızı xəttimizdir
Türkiyənin Kipr adasındakı hərbi varlığı qırmızı xəttimizdir. Boyukmillet.com xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreş və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşdükdən sonra Şimali Kipr Türk Respublikasına (ŞKTR) qayıdan ölkə başçısı Ersin Tatar hava limanında keçirdiyi mətbuat konfransında deyib. E.Tatar bildirib ki, Kipr adasında problem yalnız “iki dövlət” prinsipi ilə həll oluna bilər. Tatarın sözlərinə görə, Quterreş və …
Read More »Ermənistanda icma başçısını və polis zabitini öldürən şəxs saxlanılıb
Sentyabrın 23-də Ermənistanda Parakar icmasının başçısı, müxalif siyasətçi Volodya Qriqoryan və ölkə polisinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçısı Karen Abramyanı qətlə yetirən şəxs saxlanılıb. Bu barədə Boyukmillet.com əyerli mətbuata istinadən xəbər verir. Məlumata görə, Daxili İşlər Nazirliyinin Kriminal Polisi digər polis bölmələrinin əməkdaşları ilə birgə həyata keçirdikləri geniş əməliyyat-axtarış tədbirləri nəticəsində Armavir vilayətinin Merdzavan qəsəbəsində 3 nəfərə atəş açaraq 2 nəfəri öldürən, …
Read More »İrəvanda parlament binası qarşısında Paşinyanın istefası tələbi ilə aksiya keçirilir
Ermənistan parlament binası qarşısında Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Read More »Azərbaycanın çimərlik güləşçiləri dünya çempionatında 2 qızıl medal qazanıblar
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib. Boyukmillet.com xəbər verir ki, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edib. Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. Güləşçilərimizdən 4-ü yarımfinala adını yazdırıb. Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar