Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

XİN Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır: “Beynəlxalq …

Read More »

Azərbaycan səfiri Fransa parlamentinin aşağı palatasının qərəzli qətnaməsinə münasibət bildirib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Parlamentinin aşağı palatası – Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib. Boyukmillet.com-un məlumatına görə, diplomat tviter hesabında yazıb: “Fransa Milli Assambleyasının nəzərinə: 30 ildir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub, siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”. A l’attention …

Read More »

Azərbaycan və Ukrayna ombudsmanları arasında onlayn görüş keçirilib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets arasında videokonfrans formatında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətləri müzakirə edilib. Tərəflər həmçinin iki ölkə vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Ukraynadakı mövcud müharibə …

Read More »

Ceyhun Bayramov: “Ermənistan öhdəliklərini yerinə yetirmir, sülhə mane olur”

Xarici işlər naziri Ceyhun Bayramov Polşanın paytaxtı Varşava şəhərində Azərbaycanşünaslıq üzrə I Avropa Konfransı çərçivəsində “Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri” mövzusunda tədbirdə avropalı tədqiqatçıları Ermənistanın təxribatları barədə məlumatlandırıb. Bu barədə “Report”a XİN-dən bildirilib. Avropadan 30-a yaxın düşüncə və tədqiqat mərkəzlərinin nümayəndələrinin qatıldığı tədbirdə C.Bayramov çıxış edib. O, Azərbaycanın xarici siyasət prioritetləri, Vətən müharibəsindən sonra bölgədə …

Read More »

Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçiriləcək

Dekabrın 5-də Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə məlumat verib. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.

Read More »

“Şimali Kiprin müstəqilliyinin qardaş Azərbaycanda qeyd edilməsi qürurvericidir” – Ufuk Turganer

Bakıda Şimali Kipr Türk Respublikasının (KKTC) müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı təmsilçiliyinin rəhbəri xanım Ufuk Turganer, millət vəkilləri, Ombudsman Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib. Şimali Kipr Türk …

Read More »

Ceyhun Bayramov ATƏT-in XİN başçılarının iclasında iştirak üçün Polşaya səfər edib

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Read More »

Türkmənbaşıda Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammiti keçiriləcək

Bu il dekabrın əvvəlinə nəzərdə tutulan Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammitinin Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq. Qeyd edək ki, …

Read More »

Azərbaycan və Hindistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Yeni Dehlidə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Hindistan Xarici İşlər Nazirliyi arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə “Report”a Azərbaycan XİN-dən məlumat verilib. Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli …

Read More »

Baş katib: “TDT gələn il Şuşanın tanıdılması üçün irimiqyaslı tədbirlər keçirəcək” – EKSKLÜZİV

“Türk Dövlətləri Təşkilatı (TDT) Şuşa şəhərinin türk dünyasının mədəniyyət mərkəzi kimi tanıdılması üçün gələn il üzv ölkələrin müvafiq qurumları ilə birgə irimiqyaslı tədbirlər keçirəcək, layihələr reallaşdıracaq”. Bunu “Report”un Türkiyə bürosuna eksklüziv açıqlamasında TDT-nin yeni Baş katibi Kubanıçbek Ömüralıyev bildirib. Onun sözlərinə görə, bu fəaliyyətlər xüsusilə Şuşanın, Qarabağın və bütövlükdə Azərbaycanın beynəlxalq aləmdə daha geniş şəkildə tanınması üçün əlavə mexanizm rolunu oynaması …

Read More »