Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Moldovanın Baş naziri Azərbaycana səfər edəcək

Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrda Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla bugünkü görüşündə bildirib. Həmçinin oktyabrın 10-12-də Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Həmin günlərdə ikitərəfli Sahibkarlar Forumu təşkil olunacaq. Forum çərçivəsində hər iki ölkənin investisiya imkanları təqdim olunacaq. …

Read More »

Ceyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatları ilə bağlı məlumatlandırıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov ölkəmizin İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və təşkilatla çox sıx əməkdaşlığın aparıldığını qeyd edib. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan …

Read More »

Ceyhun Bayramov Uqandanın Vitse-prezidenti ilə Qoşulmama Hərəkatındakı fəaliyyətləri müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Uqandanın Vitse-prezidenti Cessika Roz Epel Alupo ilə görüşüb. Görüş zamanı tərəflər beynəlxalq çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə ətraflı müzakirə aparıblar. Nazir Ceyhun Bayramov ölkəmizin sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslər, beynəlxalq tədbirlərin təşkili təcrübəsi ilə bölüşüb. Hərəkat çərçivəsində gənclər …

Read More »

Kolumbiyalı jurnalist: “Ermənistan özünü qurban kimi göstərməklə dünya mediasını yanıldır”

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-dən olan “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından bəhs edən yazı dərc olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib. Məqalədə, Azərbaycanın humanist ölkə olmasından, COVID-19 pandemiyası dövründə ölkəmizin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməklə bərabər, COVID-19-a qarşı qlobal təşəbbüslərə maliyyə dəstəyi, …

Read More »

Azərbaycanla Estoniya arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb. Bu barədə  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Görüş zamanı, Azərbaycan-Estoniya ikitərəfli əməkdaşlıq əlaqələri və Ermənistanın təxribatı nəticəsində bölgədə yaranmış gərginlik müzakirə edilib. Nazir Ceyhun Bayramov Estoniyalı həmkarını Ermənistanın davam edən və sülh …

Read More »

Ceyhun Bayramov Avropa Şurasının Baş katibini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Tərəflər Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq və onun inkişaf perspektivləri, habelə bölgəmizdə hazırkı durum barərə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycanla …

Read More »

Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar və son aylar Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatlardan danışıb. Bu barədə Boyukmillet.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazir, post-münaqişə dövründə Ermənistanla keçmiş münaqişənin …

Read More »

Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 77-ci sessiyasının açılışında iştirak edir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının açılış mərasimində iştirak edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib. “BMT üzləşdiyimiz çağırışların öhdəsindən gəlmək üçün mühüm platforma təqdim edir”, – paylaşımda deyilir.

Read More »

Blinken Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından danışıb

ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşdə bəhs edib. “Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Fikrimcə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək …

Read More »

Səfir: “Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır”

“Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Macarıstanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman sentyabrın 19-da Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib. Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib …

Read More »