Şəhid ailələri, Qarabağ qaziləri və təmas xəttində xidmət edən hərbçilər üçün iftar süfrəsi təşkil olunub - FOTOLAR

16 May 2019
109 baxış

Ramazan ayının gəlişiylə iftar süfrələrinin açılması da ənənə halını almağa başlayıb.

boyukmillet.com  xəbər verir ki, belə iftar süfrələrindən biri də Agdam rayonunun Quzanlı qəsəbəsində təşkil olunub.

Bu dəfə iftar süfrəsinin təşkilatçılığını Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Gəncliyə Yardım Fondu öz üzərinə götürüb.

İftar sürfəsi şəhid ailələri, Qarabağ qaziləri, Əfqanıstan müharibəsi veteranları, Qarabağ müharibəsi veteranları və təmas xəttində xidmət edən hərbçilərin içtirakı ilə təşkil edilib.

 

 
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq