Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Psixiatr: “Qazilərə sosial şəbəkədə aqressiv xəbərləri oxumamağı tövsiyə edirik”

“Qazilərin intihar səbəbləri onların psixoloji travmaları ilə bağlıdır. Onlar hesab edir ki, psixoloq müharibədə baş verənləri mənə necə unutduracaqlar?! Düşünürlər ki, dərman onların yaddaşındakılarını siləcək”. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, Aydan Cabbarova deyib. Psixiatr qeyd edib ki, əksinə, dərman heç bir yaddaşı silmir, sadəcə yaşadıqlarını qəbul edərək həmin xatirələrlə birlikdə yaşamağı dərk etmələrinə yardımçı olur: “Əgər şəxs müayinə …

Read More »

Səhiyyə Nazirliyinin mütəxəssisi: “Yaxınları qazilərin həssas olduğunu nəzərə almalıdır”

“Vətən müharibəsində iştirak edən qazilər adətən özlərinə qapalı və əsəbi olurlar. Təəssüf ki, sonradan etdiklərini xatırlamırlar. Bunun təsiri ilə də onlarda depressiv əlamətlər meydana çıxır”. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova deyib. Nazirlik rəsmisi bildirib ki, posttravmatik stress pozğunluğu müalicə olunur: “Hər kəsin yanaşı travmaları var, gecikdirilən müalicə sonradan başqa problemlər yaradır. Bir çoxları dərman müalicəsindən …

Read More »

Ukraynanın 3 limanının işi bərpa olunub

Ukraynanın Qara dənizdə yerləşən 3 limanının işi bərpa olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildirilib. Qeyd olunub ki, taxıl ixracına dair sazişə uyğun olaraq Odessa, Qara dəniz və “Cənub” limanlarının işi bərpa edilib. Hazırda sözügedən limanlara nəzarət tamamilə Ukrayna tərəfindədir. Xatırladaq ki, iyulun 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi və BMT baş katibi Antonio …

Read More »

Dünya çempionatında iştirak edəcək Azərbaycanın sərbəst güləşçiləri bilinib

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir. Boyukmillet.com xəbər verir ki, mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Azərbaycan millisi bu gün İtaliyaya yollanıb. Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri yığma üzvləriylə görüşüb. İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və Olimpiya çempionu Toğrul Əsgərov …

Read More »

İstanbulda taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin açılışı olub

İstanbulda Ukraynanın dəniz limanlarından taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Türkiyənin milli müdafiə naziri Hulusi Akar iştirak edib. Xatırladaq ki, taxıl dəhlizi ilə bağlı saziş iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar. Birgə Koordinasiya Mərkəzi …

Read More »

Gürcüstan istiqamətində sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşları saxlanılıb

İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu və DSX-nin birgə məlumatında qeyd edilib. …

Read More »

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib. O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur “Bozdağ film” studiyası ilə birgə həyata keçirilir: “Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, …

Read More »

Şuşa Konfransının iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıb

Regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri” mövzusunda Şuşa Konfransı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, müraciətdə deyilir: “Möhtərəm cənab Prezident! Məhkəmə-hüquq islahatlarına həsr edilən Şuşa Konfransının iştirakçıları bu tədbirin mədəniyyət paytaxtımız, qədim Şuşa şəhərində keçirilməsindən xüsusi qürur duyur, bu günləri xalqımıza yaşatdığınıza görə Sizə dərin ehtiramlarını …

Read More »

Yeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Bunun çox sevindirici hal olduğunu vurğulayan E.Əmrullayev buna görə Prezident İlham Əliyevə təşəkkür edib. Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub. O, müəllimlərin seçiminə gəlincə deyib ki, nazirlik köç prosesinin …

Read More »