Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü il təvəllüdlü Hacıyeva Sevinc Namiq qızı, 1985-ci il təvəllüdlü Hacıyeva Gülnar Yusif qızı, 1982-ci il təvəllüdlü Hacıyev Namiq Nəbi oğlu və 2003-cü il təvəllüdlü Nağıyev Cəmil Asəf oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Fotolar3

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var - FOTO — foto 1
Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var - FOTO — foto 2
Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var - FOTO — foto 3

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …