20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.
Read More »Tbilisi meri: “Azərbaycan ən çətin zamanda bizə yardım əlini uzadıb”
Azərbaycan ən çətin zamanda bizə yardım əlini uzadıb və bu ölkə Gürcüstan üçün çox mühüm tərəfdaşdır. Bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib. “Mən Gürcüstanın energetika naziri olan dövrdə Azərbaycanla bir çox ortaq layihələrə imza atılıb. “SOCAR” Gürcüstanın bir çox rayon və kəndlərini qazla təmin edib”, – mer bildirib. K.Kaladze qeyd edib ki, iki ölkə arasında …
Read More »Sorğu: Baydenin dövründə amerikalıların 44%-nin maliyyə vəziyyəti pisləşib
ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin reytinqi son vaxtlar 19% aşağı düşüb. Boyukmillet.com xəbər verir ki, bunu “ABC News” və “The Washington Post”un keçirdiyi sorğunun nəticələri sübut edir. Araşdırma göstərib ki, Bayden dövlət başçısı seçildikdən sonra ABŞ sakinlərinin 44%-nin maliyyə vəziyyəti pisləşib. Eyni zamanda, respondentlərin yalnız 37%-i Ağ Ev sahibinin fəaliyyətini bəyəndiyini bildirib. Materialda deyilir ki, insanların yarıdan çoxu – 56% …
Read More »Ermənistanın baş naziri: “Rusiya ilə strateji tərəfdaşlıq alətləri İrəvanın xarici təhlükəsizliyini təmin etmədi”
“Biz 2022-ci ilin dekabrında Roma statutunu ratifikasiya etmək qərarına gəldik, o zaman ki, hamımıza KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlıq alətlərinin İrəvanın xarici təhlükəsizliyini təmini üçün kifayət etmədiyi aydın oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib. Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası Ermənistana xarici təhlükəsizliyi təmin etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarından istifadə etməyə imkan verəcək. 2022-ci …
Read More »Qeyri-sabit hava ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, sentyabrın 25-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.
Read More »Qubada bitişik olan bir neçə obyekt yanıb
Qubada bitişik olan bir neçə obyekt yanıb. Boyukmillet.com xəbərv verir ki, Quba rayonunun Aşağı Atuc kəndində ümumi sahəsi 70 m² olan mağazanın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan restoranın yanar konstruksiyaları 50 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köşkün içərisində çəlləklərə yığılan 500 litr benzin yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri …
Read More »Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var
Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Ərzurum şəhərinin Horasan rayonunda qeydə alınıb. İlkin məlumata görə, 3 nəfər ölüb, onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər ikisi isə Horasan Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq vəfat edib. Qəzada yaralanan sürücü və 21 nəfər xəstəxanalara çatdırılıb.
Read More »“Haber Global”ın 5 yaşı tamam olur
Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün 5 yaşını qeyd edir. Boyukmillet.com xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır. Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, …
Read More »Türkiyə Prezidenti Naxçıvana gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. Ərdoğan səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.
Read More »Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib
Azərbaycan Respublikasının Vətən Müharibəsi iştirakçılarının Anım Günü ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, həmçinin ölkə rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar