Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Sahibə Qafarova Bolqarıstanda Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub

Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovaya mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib. Parlamentin sədri Mərkəzə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli …

Read More »

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şöbələr yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, Akademiyada sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, elektron imza texnologiyasının tətbiqi, onun kompleks olaraq kibertəhlükəsizliyinin təmin edilməsi və s. istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədi ilə AMEA-nın …

Read More »

Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb

Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsullarla dolu yük maşını Ağdam-Xankəndi yolu ilə hərəkət edərək Xankəndiyə çatıb. Boyukmillet.com xəbər verir ki, avtomobilin içərisində olan ərzaqlar Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq. Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib. …

Read More »

İFFHS reytinqi: “Qarabağ” və “Sabah” irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, 405 komandanın yer aldığı siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. Ötən ay 79-cu pillədə qərarlaşan “Qarabağ” ciddi irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” …

Read More »

30 il öncə itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əsəd Məmmədovun qalıqları bu gün Ağstafa rayonunun Eynallı kəndində ailəsinə təhvil verilib. Eynallı kənd qəbirstanlığında …

Read More »

AQC Ankara Universiteti ilə memorandum imzalayacaq – FOTOLAR

Bakıda səfərdə olan Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədr müavini, professor Harun Tanrıvermiş və Türkiyənin tanınmış inşaat mühəndisi, professor Mustafa Tombul Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Orucla görüşüblər. Professor Harun Tanrıvermiş Azərbaycana dəvətə görə Vüqar Oruca minətdarlığını bildirib və AQC sədrinin türkiyəli həmkarı ilə birlikdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin …

Read More »

Ombudsman: “Ermənilərin Azərbaycan torpaqlarında basdırdığı minalar insanların həyatına təhlükə yaratmaqda davam edir”

“Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar insanların həyatına təhlükə yaratmaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi barədə reaksiyasında deyilir. Ombudsman xatırladıb ki, sentyabrın 10-da Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyyam Eminov Ağdam ərazisində bölmələrimizin təminat yolunda qanunsuz erməni …

Read More »

Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə …

Read More »

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Şıxəhmədliyə hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, hadisə 2019-cu ildə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayon ərazisində yerləşən “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı …

Read More »