İranın “Sazəndegi” qəzetində Azərbaycan dili növbəti dəfə təhqir edilib. Boyukmillet.com xəbər verir ki, qəzetdə Şahnaməşünas kimi təqdim olunan Cavad Rəncbər Derəxşilər adlı tədqiqatçının təhqir dolu məqaləsi dərc edilib. O, keçmiş prezident Həsən Ruhani dövründə təsis edilməsi nəzərdə tutulan, lakin hələ də təsis edilməyən Türk Dili Akademiyasının təhlükəli olduğu barədə iddialar səsləndirib. Məqalə müəllifi dil akademiyasının mədəni qurumdan daha çox siyasi qurum …
Read More »Türkiyədə Güney Azərbaycan bayrağı dalğalandırıldı
Türkiyənin Çanaqqala şəhərində Güney Azərbaycanın və qaşqayların milli mübarizə bayrağı dalğalandırılıb. Boyukmillet.com xəbər verir ki bu barədə “Azad İran” məlumat yayıb. Məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və Türkiyənin Çanaqqala şəhərində şəhidlərin anım mərasimi ilə bağlı keçirilən tədbirdə milli fəallar Güney Azərbaycanın və qaşqay türklərinin milli mübarizə bayrağını dalğalandırıblar.
Read More »Nizamlana bilməyən ordu… Ermənistan hərbçilərinin narazılığı
“Ermənistan” və “Hərb” sözləri yanaşı gələndə “narazılıq” və “aksiya” fikirləri qaçınılmaz olur. Ötən aylar ərzində Xankəndində övladlarının taleyi üçün narahat olan əsgər valideynlərindən sonra bu dəfə ölkənin mərkəzində-hökumət binasının qarşısında Qarabağ müharibəsində iştirak edən hərbçilər etiraz aksiyası keçirib. Bəs ardı-arası kəsilməyən aksiyaların səbəbi nədir? Boyukmillet.com xəbər verir ki, mövzu ilə bağlı “MediaPost”a fikirlərini bildirən hərbi ekspert Emin Həsənli qeyd edib ki, …
Read More »“LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işləri yekunlaşıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərini yekunlaşdırıb. Boyukmillet.com xəbər verir ki, gəmi ilə “Lam-B” platformasından “Lam-C” platformasına və “Lam-B” platformasından “Lam-28” platformasına qədər 4 düyümlük qaz boru xətti çəkilib. Ümumilikdə 5 kilometr uzunluğu olan xəttin çəkilişi üzrə işlərə cari ilin martında başlanılmışdı.
Read More »Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Boyukmillet.com xəbər verir ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 519 abituriyentdən 98 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 374 nəfər “məqbul” qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas …
Read More »Rusiyada zavoddakı partlayış nəticəsində 12 nəfər itkin düşüb, 100-dən çox bina zədələnib
Ötən gün, avqustun 9-da Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda baş vermiş partlayış nəticəsində 110-dan çox bina zədələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, sözügedən tikililər arasında həm inzibati binalar, həm də fərdi yaşayış binaları var. Məlumata görə, hadisə nəticəsində 12 nəfər itkin düşüb. Xatırladaq ki, …
Read More »Qubada avtoxuliqanlıq edən şəxs həbs olunub
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Sitat.info xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan …
Read More »Rusiya ordusu Donetski atəşə tutub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
Bu gecə Rusiya ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Pavlo Kirilenko teleqramda yazıb. O bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Read More »Samir Adıgözəlli: Rusiya Ermənistan daxilindəki revanşistləri təxribatlara təhrik edə bilər
“Rusiya oyundan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir, bu səbəbdən də sülhməramlılar separatçılara bu dəfə dəstək verməyib” Son günlərə qədər Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti separatçıların keçirdikləri bütün qanunsuz aksiyalara dəstək olduqlarını açıq ifadə edirdilər, hətta Xankəndinin mərkəzində keçirilən aksiyalarda yaxından iştirakda da bulunurdular. Bir sözlə, onlar separatçıların araxasında “dağ” kimi dayandıqlarını büruzə verirdilər. Amma bu dəfə sülhməramlılar separatçılara dəstək …
Read More »Məmur oğlu bütün bölgəni zara gətirib- Çatana “atır”, külli miqdarda borcu var…
Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan – Əmrah Ramazan Valeh oğlu həmin bölgənin əsl baş bəlasına çevrilib. Rayonda kübrə satışı ilə məşğul olan firmalardan birinin anbardarı kimi işləyən bu şəxs müxtəlif adlarla vətəndaşlardan aldığı məhsulların pulunu ödəmir və nəticədə onun külli miqdarda borcu yaranıb. Bu şəxsin əməlləri ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər olsa da, onun məsuliyyətə cəlb etməkdən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar