RİA agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukrayna ordusunun hücumu zamanı Zaporojyenin Pyatixatki kəndi yaxınlığında öldürülüb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı BAZA Teleqram kanalı məlumat yayıb. Bundan başqa, agentliyin fotomüxbiri Konstantin Mixalçevski, “İzvestiya”nın müxbiri Roman Polşakov və operator Dmitri Şikovun yaralandığı da bildirilib. Qeyd edək ki, Rostislav Juravlev İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın lehinə reportajlar hazırlayıb.
Read More »Bakıda göydələn tikənlər sosial infrastruktur amilini nəzərə alırmı?
Bakı şəhərinin mərkəzdən uzaq və ətraf ərazilərində, Abşeronda inşa edilən bəzi yeni tikili binalarda infrastrukturla bağlı çatışmazlıqlara rast gəlinir. Məsələn, binaya kifayət qədər yaxın məsafədə mağaza, bağça, məktəb kimi obyektlər yerləşmir yaxud nəqliyyat əlçatanlığı olmur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Report”a açıqlamasında mənzil alarkən bu kimi məsələlərə diqqət etməyin önəmindən danışıb: Yaxınlıqdakı bina ilə aradakı məsafə nəzərə alınmalıdır Onun …
Read More »Litvalı jurnalist: “Dünya Xocalı soyqırımına göz yummasaydı, Srebrenitsa, Buça faciələri olmazdı”
“Qarabağda faciəli hadisələr baş verəndə, erməni silahlıları dinc əhalini qətlə yetirəndə, Xocalıda soyqırım törədiləndə – bir gecədə 600-dən çox dinc sakin, o cümlədən qocalar, qadınlar və uşaqlar öldürüləndə beynəlxalq media susurdu”. Boyukmillet.com xəbər verir ki, bunu Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən litvalı jurnalist Riçardas Lopaitis jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, 1992-ci ilin fevralında, yəni Birinci Qarabağ …
Read More »UEFA reytinqi: “Qarabağ” “Fənərbağça”nı geridə qoyub
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, avrokuboklarda I təsnifat mərhələsinin oyunlarından sonra sıralamada müxtəlif yerdəyişmələr olub. Son 5 mövsümdə toplanan xalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının I raundunda Cəbəllütariq komandası “Linkoln”u hər iki görüşdə məğlub etməsi irəliləməsinə səbəb olub. 4 pilləlik sıçrayışa nail olan Qurban …
Read More »DİN Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Əziz həmvətənlər! Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, mərasim iştirakçılarının təhlükəsizliyinin, həmçinin yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün lazımi …
Read More »Azərbaycanda Milli Mətbuat Günüdür
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. Boyukmillet.com xəbər verir ki, 148 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan …
Read More »Millimiz Ermənistan yığmasını darmadağın etdi
Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun oyunları davam edir. Boyukmillet.com xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib. U-16 millimizin qrupdakı növbəti rəqibi …
Read More »Ataların dərk etmədiyimiz böyük ürəyi-Ayna Fərhad yazır…
Evdən çıxanda içimdə qəribə bir hiss var idi. İntuisiyam məni bu günə qədər hələ aldatmayıb. Ölümü hiss edirəm… Nə zaman bu bəd duyğu ürəyimi sıxmağa başlasa, kiminsə ölüm xəbərini eşidirəm. Bəzən zarafatca adıma ölüm mələyi deyirlər. Əstəğfirullah, lənət sənə kor şeytan, mən cənab Əzrayıl kimi güclü ola bilmərəm axı. Adam kiməsə bəd xəbəri güclə verir, o ki, qaldı “Vaxtdır gedək, …
Read More »Prezident: “Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir”
“Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. Şuşa artıq bir neçə beynəlxalq tədbirin – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayan dövlətimizin başçısı deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz …
Read More »Putin: “Ukraynanın əks-hücumu nəticə verməyib”
“Ukraynanın əks-hücumu nəticə verməyib”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsində bildirib. Onun sözlərinə görə, rəsmi Kiyevin Qərbdəki “kuratorları” əks-hücumun nəticə verməməsindən məyusdurlar: “Polşa Belarusun bir hissəsini qoparmaq istəyirdi”. V.Putin bildirib ki, Ukraynanın səfərbərlik resurslar tükənir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin itkisi onminlərlədir. Rusiya Prezidenti vurğulayıb ki, Polşa qoşunları Lavrova və ya Ukraynanın başqa …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar