Türkiyənin “Deli” kamikadze PUA-larınn sınaqları uğurla başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, əlverişsiz hava şəraitinə rəğmən, uçuşlar uğurla yekunlaşıb. https://twitter.com/stargazete/status/1673261106234531841?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1673261106234531841%7Ctwgr%5E0aa5f1b8c092d6c1e206833c0217312246eaeec0%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Fturkiyenin-deli-kamikadze-pua-larinn-sinaqlari-ugurlu-kecib%2F
Read More »Aİ XİN başçıları Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib
Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkənin xarici işlər nazirləri Avropa Sülh Fondunun həcminin 3,5 milyard avro artırılmasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Lüksemburqda iclası keçirilən Aİ Şurasının bəyanatında deyilir. “Bu gün Şura 20 mart 2023-cü il tarixli razılaşmaya əsasən, Avropa Sülh Fondunun ümumi maliyyə tavanının 3,5 milyard avro artırılması barədə qərar qəbul edib. Bu qərar …
Read More »Bu bəyanat Azərbaycanın özünə ziyan vurur – Simonyan
Bu bəyanat məhz Azərbaycana ziyan vurur, çünki mövcud reallıqları nəzərə alaraq onilliklər ərzində münaqişəyə səbəb olan məsələni həll etməyiblər. Boyukmillet.com xəbər verir ki, bu sözləri bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Qarabağ ermənilərinə əlavə heç bir təhlükəsizlik təminatı verilməyəcəyi, yalnız öz dillərində danışa biləcəkləri haqda açıqlamasını şərh edərkən deyib. “Bu, reallıqdan qaçmaqdır, bu, məsələnin …
Read More »III Avropa Oyunları: Azərbaycan taekvondoçusu məğlub olub
Azərbaycan taekvondoçusu Taleh Süleymanov Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb. Boyukmillet.com xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baçmanla (Almaniya) üz-üzə gəlib. Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq. Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.
Read More »ABŞ komandanlığı: “Azərbaycan Silahlı Qüvvələrinin Avropanın təhlükəsizliyinin gücləndirilməsinə töhfəsini alqışlayırıq”
“Azərbaycan Silahlı Qüvvələrinin Avropanın təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni alqışlayırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığının rəsmi tviter hesabında yazılıb. Komanlıq 26 iyun – ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Read More »Nazir: “Azərbaycan Ordusu 105 illiyini böyük uğurla qeyd edir”
“Azərbaycan ordusu 105 illik yubileyini çətin əməliyyat şəraitində, lakin böyük uğurla, yüksək döyüş hazırlığı və peşəkarlıqla qeyd edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov CBC telekanalına müsahibəsində deyib. “Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ordusunun hərbi hissələrindən birinə baş çəkdi. Cənab Prezident çıxışı zamanı Azərbaycan ordusunun xidməti döyüş fəaliyyətini yüksək qiymətləndirib. Prezidentin rəhbərliyi altında silahlı …
Read More »Bakıda tibb müəssisəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda tibb müəssisəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən …
Read More »Azərbaycanda həftənin bazar günləri avtomobilin parklanması pulsuz olacaq
Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi barədə qərarında öz əksini tapıb. Bundan başqa, qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər yerlərdə parklanma pulsuz olacaq Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə …
Read More »Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasına dəyişiklik edilib
Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasına dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulacaq. Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Read More »Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
İyunun 27-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sülh sazişini müzakirə edəcəklər. Məlumatda qeyd edilib ki, A.Mirzoyan artıq ABŞ-a səfərə gedir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar