Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni vitse-spikerinin adı açıqlanıb, bu vəzifəni Bəkir Bozdağ icra edəcək. Boyukmillet.com xəbər verir ki, o, bu təyinatadək ölkənin ədliyyə naziri vəzifəsində çalışıb və mayın 14-də keçirilən parlament seçkilərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) deputat seçilib. Hazırda Türkiyə parlamentinə Numan Kurtulmuş sədrlik edir.
Read More »Xarici səyahətçi: “Qarabağa səfər Azərbaycan haqqında daha çox məlumat əldə etməyimizə kömək edəcək”
“Qarabağa səfər Azərbaycan haqqında daha çox məlumat əldə etməyimizə kömək edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən səyyahətçi Anna Fransisko (Filippin) deyib. “Qarabağda gördüklərim çox təsirlidir. Belə bir mənzərəni gözləmirdik. Çox yaxşı haldır ki, indi Azərbaycana səfər edərək bütün hekayəni öyrənmək imkanı var”, – o vurğulayıb. A.Fransisko qeyd edib …
Read More »MN: “Azərbaycan Ordusu Arazdəyəndəki metallurgiya zavoduna atəş açmayıb”
“Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.
Read More »AMB rəsmisi: “Maliyyə bazarındakı aktivlərin dəyərinin dəyişməsini müşahidə edəcəyik”
Dünyadakı iqlim dəyişikliyi nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında baş verən proseslər ərzaq qiymətlərinə bundan sonra da təsir edəcək – qiymətləri artıracaq. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Fintech Summit” – Maliyyə və Texnologiyalar Sərgisində Azərbaycan Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Səmra Talışinskaya-Abbasova bildirib. “İqlim dəyişikliyi nəticəsində yaranan quraqlıqlar və digər ekoloji problemlər ölkəmiz üçün də aktualdır. Biz bu problemlər …
Read More »Azərbaycanın yeni strateji inkişaf mərhələsinin 5 məqsədi açıqlanıb
Azərbaycanın yeni strateji inkişaf mərhələsində – milli iqtisadiyyatın rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının gücləndirilməsi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalalaşdırılması, ölkənin rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməsi, azad edilmiş ərazilərin sürətli reinteqrasiyası kimi məqsədlər hədəflənir. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci …
Read More »Nazir müavini: “İndiyədək 20 minə yaxın tələbə təhsil kreditlərindən yararlanıb”
“İndiyədək 20 minə yaxın tələbə təhsil kreditlərindən yararlanıb”. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, təhsil krediti götürənlərin 57 faizə yaxını xanım tələbələrdir: “Təhsil müddətini bitirəndən sonra da onlarla möhlət verilir. Hətta kredit götürən hərbi xidmətdə …
Read More »Azərbaycanda növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq
Azərbaycanda növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, 2023-2024-cü il üzrə tədris planı təsdiq edilib: “Növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq. Bununla da …
Read More »Rusiya Azərbaycana yeni səfir təyin edib
Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib. Boyukmillet.com xəbər verir ki, o bu barədə müvafiq fərman imzalayıb. İndiyədək həmin vəzifəni Mixail Boçarnikov icra edirdi. Qeyd edək ki, Yevdokimov 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemində çalışır. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. O, 2011-ci ildən etibarən XİN-də departament direktoru vəzifəsini tuturdu.
Read More »Baş prokuror: “Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin mövcudluğuna qarşı yönələn bütün təhdidlər zərərsizləşdirilib”
“Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin mövcudluğuna qarşı yönələn bütün təhdidlər zərərsizləşdirilib”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev bu gün Qəbələdə təşkil olunmuş Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında qeyd edib. Vurğulanıb ki, Elmi-Məsləhət Şurasının iclası ilk dəfədir ki, Bakı şəhərindən kənarda – Qəbələ şəhərində təşkil edilib. Bildirilib …
Read More »Əli Hüseynli: “Parlamentin vahid dövlətçilik mövqeyindən çıxış etməsi müasir dövlət quruculuğumuzun uğurudur”
“Bu gün Ulu Öndər Heydər Əliyev mövzusunda Azərbaycan parlamentinin vahid dövlətçilik mövqeyindən çıxış etməsi həm də müasir dövlət quruculuğumuzun uğurudur”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 14-də keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. Onun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar