Çərşənbə , 8 Aprel 2026

autor

Ceyhun Bayramov Türkiyənin yeni XİN rəhbərini təbrik edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb. Ceyhun Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik …

Read More »

Taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşlərində taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək. Mundaildə bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar …

Read More »

Müharibəyə görə Ukraynadan qaçan erməni biznesmen vətənində güllələnib

Ermənistanın Qeqarkunik rayonunda sakinlər arasında atışma olub. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, 44 yaşlı Karen Poqosyan 41 yaşlı Askanaz Poqosyan tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir. Qeyd edilir ki, zərərçəkmiş uzun illər Ukraynada bizneslə məşğul olub və Rusiya-Ukrayna müharibəsi başlayanda həmin ölkədən qaçıb. Zərərçəkən və hadisəni törədən şəxslərin qohum olduqları …

Read More »

Əli Əsədov Cevdet Yılmazı Türkiyənin Vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda C.Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının aşkar təzahürü kimi qiymətləndirilib. Vurğulanıb ki, son illər ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib. Möhkəm təməllər üzərində …

Read More »

Bu gün DİM I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. DİM-dən  bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan …

Read More »

Zakir Həsənov türkiyəli həmkarına təbrik ünvanlayıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib. Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, məktubda deyilir: “Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibəti ilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm. Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi …

Read More »

Azərbaycanın müdafiə naziri Hulusi Akara minnətdarlıq edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin keçmiş milli müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib. Azərbaycanın Müdafiə Nazirliyindən  verilən məlumata görə, məktubda deyilir: “Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.Siz daim Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, …

Read More »

Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından iki il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından iki il ötür. Boyukmillet.com xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili 2021-сi il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə …

Read More »

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, C.Bayramov tviterdə qeyd edib: “Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.

Read More »