Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən …
Read More »İtkin düşən 14 yaşlı Cəlilabad sakini Bakıda tapılıb
Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb. Boyukmillet.com xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib. Keçirilən axtarış tədbirləri nəticəsində P. Quliyevin Bakı şəhərində olduğu məlum olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.
Read More »Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə dindirilib
Ermənistanın baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bu gün parlamentdə çıxışı zamanı bildirib. O, hökumət başçısının məhz şahid qismində dindirildiyini açıqlayıb. Qeyd edək ki, N.Paşinyan daha əvvəl istintaqa ifadə verməyə hazır olduğunu bildirmişdi.
Read More »Paşinyan sabah Ərdoğanın andiçmə mərasimində iştirak edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan sabah Türkiyəyə gedəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat xidmətindən bildirilib. Məlumata görə, hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.
Read More »Azərbaycan Ordusunun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 2-si saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı …
Read More »Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirildi – Askar Omerbekov prezident, Vüqar Oruc isə vitse-prezident seçildi
Növbəti il quruma Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri rəhbərlik edəcək. Boyukmillet.com xəbər verir ki, Qazaxıstanın Azərbaycanın Şuşa şəhərindən öncə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən tarixi Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı – imzalama mərasimi keçirilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv qismində qatıldığı birliyin təsis yığıncağında Azərbaycan Qiymətləndiricilər …
Read More »Ulu Öndər Heydər Əliyevin 100 illiyinə daha bir layiqli töhfə
Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə daha bir layiqli töhfə olan “Müzəffər Ali Başkomandan: sən Azadsan, əziz Şuşa” adlı kitab nəşr edilib. Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə nəşr edilən kitab, 2020 ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ilə başlayır. Kitabda 44 günlük zəfər müharibəsində Müzəffər …
Read More »Türkiyə parlamentinin yeni tərkibdə ilk iclası başlayıb, Ərdoğan iştirak edir
İyirmi səkkizinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı sədrlik edir. TBMM-in keçmiş sədri Mustafa Şəntop artıq səlahiyyətlərini D.Bağçalıya təhvil verib. Yeni spiker seçilənədək qanunverici orqana MHP sədri rəhbərlik edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda iştirak edir. Toplantıda yeni seçilən …
Read More »Azərbaycan XİN İtaliyanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Milli Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib. “Milli Gün münasibətilə İtaliya hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, – paylaşımda qeyd olunub.
Read More »Dövlət Komitəsinin sədri: “Məcburi köçkünlərin qayıdışı könüllü həyata keçirilir və keçiriləcək”
“Qayıdış könüllü, təhlükəsiz və ləqayətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri ilə həyata keçirilir və keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçmiş məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən kəndlər, rayonlar tikilir: “Bu yerlərin hər biri öz sakinlərini gözləyir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar