Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, QHT rəhbərləri, media nümayəndələrinin təmsil olunduğu nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, …
Read More »Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib
Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib. Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir. Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.
Read More »Bakı metrosunda Heydər Əliyevin fotoları və kəlamlarından ibarət posterlərin nümayişinə başlanılıb
Bakı metropoliteninin stansiyalarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tematik daha bir sosial layihənin növbəti mərhələsi başlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilir ki, layihə çərçivəsində stansiyaların keçid, vestibül, eskalator meydançaları, platforma və yollarında Ümummilli Liderin metropolitenlə bağlı kəlamlarının və onun rəhbər kimi iştirak etdiyi stansiyaların açılışları və sərnişin kimi metrodan istifadə etdiyi zaman …
Read More »Sabah havanın temperaturu 28 dərəcəyədək artacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz …
Read More »Mövlud Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”
“Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. O bildirib ki, türkün yolu Orta dəhlizdən keçir: “Mənə maraqlıdır ki, Azərbaycandan nə istəyirlər? Azərbaycan Qarabağı işğaldan azad etmək üçün dəstək olanda daxilimizdəki bəziləri təəssüfləndi”. O bildirib ki, bu gün Türkiyə regional və qlobal siyasi aktordur: “Ukraynadakı müharibənin ən qısa …
Read More »Azərbaycan Ordusunun pilotları Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ümumi brifinqdən sonra pilotlarımız icra olunacaq fəaliyyətləri xəritə üzərində dəqiqləşdirib. Təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəyyənləşdirmək və məhv etmək tapşırığı simulyasiya …
Read More »Türkiyə PKK/KCK-nin rəhbər şəxsini məhv edib
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında, Qara ərazisində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Tekin Okan məhv edilib. Onun kod adının Dəniz Bahri olduğu bildirilib. Məlumata görə, 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA hücumlarının əsas təşkilatçısı olub.
Read More »İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib. Dövlət başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib. Prezident İlham Əliyev Qarabağ küçəsində qeyri-yaşayış binasının …
Read More »Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistanın gömrük əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumunu təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar “Rəsmi Qəzet”də dərc olunub. Anlaşma Memorandumuna əsasən tərəflər bu sahədə əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaq. Qeyd edək …
Read More »“Beşiktaş” klubunun Bakıya səfər proqramı açıqlanıb
“Sabah” futbol klubu ilə xeyriyyə matçında qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandasının Bakıya səfər proqramı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, İstanbul təmsilçisi Bakıya oyun günü – mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq. Türkiyə təmsilçisi “Hilton” hotelində məskunlaşacaq. Super Liqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar