Çərşənbə , 8 Aprel 2026

autor

Nazir: “Qarşımızda əsas məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır”

Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ – işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda bildirib. “Bu proses soydaşlarımızın əzəli torpaqlarımıza Böyük qayıdışı ilə üst-üstə düşür. Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək …

Read More »

Suqovuşanda Avropa və Dünya Kuboku keçirilə bilər

“Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zungrana və Beynəlxalq Kanoe Assosiasiyasının rəhbəri Tomas Koneçkoya Suqovuşandakı su hövzəsini göstərdik. Əminliklə söylədilər ki, gələcəkdə burada da Avropa və Dünya Kubokları keçirmək olar”. Boyukmillet.com xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası ilə bağlı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad …

Read More »

Baş nazir: “Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda çəkisini artıracaq”

“Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq”. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və Böyük qayıdış proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən …

Read More »

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub. Boyukmillet.com xəbər verir ki, bu barədə iki ölkənin BMT-dəki daimi nümayəndələri birgə kommunike imzalayıblar. “5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi zati-aliləri cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineya Müstəqil Dövlətinin Daimi Nümayəndəsi zati-aliləri Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, – Azərbaycanın BMT-dəki …

Read More »

Aİ: “Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün işləməyə davam edəcəyik”

“Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb. O, ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında davam edən dörd günlük danışıqları alqışlayıb: “Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər”.

Read More »

Paşinyan: “Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır”

Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib. “1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, – hökumət başçısı əlavə edib.

Read More »

Şərqi Zəngəzur Gömrük İdarəsi yaradılıb

Prezident İlham Əliyev 4 iyun 2012-ci il fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Bakı, Sumqayıt, Naxçıvan, Şimal, Cənub və Qərb gömrük idarələri ləğv olunub, onların əvəzinə Bakı Baş Gömrük İdarəsi, Naxçıvan Baş Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, …

Read More »

“Hadrut” qovşaq yarımstansiyası və İdarəetmə Mərkəzi istifadəyə verilib

Mayın 5-də “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, yeni inşa edilən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Bildirilib ki, “Şükürbəyli”, …

Read More »

İlham Əliyev və Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib

Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, Hadrutun tarixi hissəsində bərpa və …

Read More »

Ermənistan silahlı bölmələri Laçında mühəndis işləri aparan traktoru atəşə tutub

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More »