“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Moskvada da görüş keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu hakim “Mülki müqavilə” parlament fraksiyasının deputatı, Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın başçısı Arman Yeqoyan bildirib. Onun sözlərinə görə, Vaşinqtonda keçirilən görüş buna mane olmur: “Bəli, Moskvada görüşün keçirilməsinə dair ilkin razılaşma var”. Deputat deyib ki, Vaşinqtonda davam …
Read More »Ərdoğan: “Türkiyənin silah və texnologiya istehsal etməsinin qarşısını almaq istəyirdilər”
“Biz təkcə təyyarə, helikopter, peyk, tank, raket və silah istehsal etmirik. Biz həm də texnologiya istehsal edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. O, Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün “Gələcək göylərdədir” fikrini xatırladıb. R.T.Ərdoğan qeyd edib ki, Atatürkün işarə etdiyi fəaliyyətlərin həyata keçməsinə Vecihi Hürkuş, Selahattin Reşit Alan, Nuri Demirağ, Nuri Killigil …
Read More »“Azərbaycan Dəmir Yolları” sərnişindaşımanı 60 % artırıb
Bu ilin I rübündə “Azərbaycan Dəmir Yolları” QSC 1,51 milyon nəfər sərnişin daşıyıb. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur. Rüblük sərnişin daşımalarının 1,46 milyon nəfəri Bakı-Sumqayıt, 0,05 milyon nəfəri isə Bakı-Ağstafa və Bakı-Qəbələ qatarlarının payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən 55 % və 20 dəfə çoxdur.
Read More »Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 17 məsələ var
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib. Bunlar aşağıdakılardır:1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında 2. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü …
Read More »ANAMA: “Azad edilən ərazilərdə ötən ay daha 562 mina aşkarlanıb”
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 562 mina aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Read More »Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir
ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə otuz səkkiz ölkədən 60-dan çox nümayəndə iştirak edir. Konfransı giriş sözü ilə açan universitetin prorektoru Fariz İsmayılzadə deyib ki, bu tədbir Avrasiya regionunda gələcək tendensiyaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. …
Read More »Biləsuvarda leysan və külək bir sıra fəsadlar törədib
Biləsuvar rayonunda leysan yağışı və güclü külək bir sıra fəsadlar törədib. Boyukmillet.com xəbər verir ki, gecə saatlarında leysan yağışı və güclü külək, təxminən, bir saat ərzində davam edib. Nəticədə şəhərin bir çox küçələrində, eləcə də kəndlərdə yol kənarlarındakı ağaclar aşıb. Həmçinin küçələr subasmaya məruz qalıb, bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Fəsadların aradan qaldırılması məqsədi ilə aidiyyəti təşkilatlar tərəfindən …
Read More »Hafiz Paşayev: “Heydər Əliyev demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”
“Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti Azərbaycanı firavan ölkəyə çevirməyə istiqamətlənmişdi. O, demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”. Boyukmillet.com xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın açılışında deyib. “Belə konfranslar geosiyasətdə mövcud tendensiyaların müzakirəsi üçün unikal …
Read More »Baş nazir hərbi qulluqçuların icbari narkoloji müayinədən keçirilməsi ilə bağlı qərar imzalayıb
Nazirlər Kabineti hərbi qulluqçuların icbari narkoloji müayinədən keçirilməsi ilə bağlı qərar imzalayıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə” dəyişiklik edilib. Qərara əsasən, “Narkoloji xidmət və nəzarət haqqında” qanunun 24.4-cü maddəsinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil …
Read More »“Babək” tankerinin təmiri başa çatıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Babək” gəmisi təmir olunub. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib. Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib. Təmirçilər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar