Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino Forumunun ikinci günü öz işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edirlər. Forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi …
Read More »Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ saat 03:56-da qeydə alınıb. Altmış iki kilometr dərinlikdə baş verən təkanların gücü 4 bal olub.
Read More »Hacı Əliyev: “Bu medal üçün çox əziyyət çəkdim”
“Son 4 ildə qitə çempionu ola bilməmişdim. Bu medal üçün çox əziyyət çəkdim. Qələbələrin hamısı böyük zəhmətin bəhrəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 70 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dördüncü dəfə bu uğuru imza atdığı üçün …
Read More »30 ildən sonra doğma torpaqda açılan ilk iftar süfrəsi
“Yelo Bank” ASC, “ASAN xidmət”in birgə təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə sosial aksiya keçirib. Ramazan bayramı münasibətilə Tərtərin Talış kəndi sakinlərinə bayram sovqatları paylanılıb. Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə reallaşdırılan aksiyada işğaldan sonra ilk iftar süfrəsi açılıb. Məqsəd tarixi …
Read More »Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri və azarkeşlər qarşılayıblar. Qeyd edək ki, yığmanın heyətində Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 …
Read More »İlon Mask bir gündə təxminən 13 milyard dollar itirib
“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti bir gündə 12,6 milyard ABŞ dolları azalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, bu, 2023-cü ilin əvvəlindən bəri iş adamına dəyən ən böyük maddi ziyandır. Milyarderin sərvətinin belə nəzərəçarpacaq dərəcədə azalmasına səbəb kimi bu ilin birinci rübündə “Tesla”nın səhmlərinin 9,75 % aşağı düşməsi və “Starship” kosmik gəmisinin prototipinin partlaması …
Read More »Bakıda Avropa Badminton Konfederasiyasının konqresi keçirilir
Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresi işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, konqresə açılış mərasimi ilə start verilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov qonaqları salamlayaraq, iştirakçılara uğurlar arzulayıb. Ardınca böyük monitorda Azərbaycan badmintonun keçdiyi tarixi yol və nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub. …
Read More »Koreya sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb
Koreya Respublikası (Cənubi Koreya) sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi aprelin 21-də məlumat yayıb. Bildirilib ki, dənizçilərin meyiti gəminin göyərtəsində aşkar edilib. Daha iki nəfərin meyitinin axtarışı davam edir. Bir müddət əvvəl Rusiya gəmisinin Cənubi Koreyada yandığına dair məlumat yayılmışdı. Gəminin göyərtəsində 25 heyət üzvü olub. Onlardan 21-i …
Read More »45 il əvvəl Azərbaycanın dördüncü Konstitusiyası qəbul edilib
Qırx beş il əvvəl Azərbaycanın sayca dördüncü Konstitusiyası qəbul edilib. Boyukmillet.com xəbər verir ki, ötən əsrin 60-cı illərinin sonunda kommunizm cəmiyyətinə sürətli keçid ideyası tədricən iflasa uğrayıb 70-ci illərin əvvəllərində “inkişaf etmiş sosializm” cəmiyyəti üçün yeni Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxıb. Konstitusiya layihəsi üzərində uzunmüddətli çalışmalardan sonra Sovetlər Birliyində yeni, sayca üçüncü Konstitusiya 1977-ci il oktyabrın 7-də qəbul …
Read More »Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıda su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı qərar qəbul edilib
Su ehtiyatlarının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib. Bununla bağlı “Azərbaycan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar