Çərşənbə , 8 Aprel 2026

autor

İlham Əliyev və Mehriban Əliyeva Neftçalada yeni inşa olunan məktəbin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Read More »

Azərbaycan tibbi maska idxalının gömrük rüsumundan azad olunmasını daha 6 il uzadıb

Azərbaycanda tibbi maska istehsalı üçün idxal olunan xammal 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumdan azad edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə görə, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı …

Read More »

İrandan Azərbaycana 20 kq narkotik keçirilməsinin qarşısı alınıb

Aprel ayının 13-də saat 23:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü Qurbanov Vüqar Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı …

Read More »

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. “Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə …

Read More »

Nikol Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır: “Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, …

Read More »

Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə …

Read More »

“Formula 1”ə görə Bakıda 20 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” (“Formula 1”) yarışları ilə əlaqədar 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək. Bu barədə  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Dəyişikliyə əsasən: 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti – Y.Səfərov küçəsi ilə təşkil ediləcək; 10 nömrəli marşrutlar üzrə avtobuslar …

Read More »

Ermənistanın əsir götürdüyü Azərbaycan əsgərləri ilə bağlı Britaniya XİN başçısına müraciət olunub

Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova Ermənistanda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə məktubla müraciət edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. Məktubda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşmələri səbəbinə …

Read More »

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində paylaşım edilib. “Bu gün biz bütün Holokost qurbanlarının xatirəsini ehtiramla yad edirik. Biz qurbanlarla yanaşı, həm də onların dözümlülüyünü və cəsarətini xatırlayırıq. Onların itaətsizliyi bizim qələbəmizdir”, – paylaşımda bildirilib. Xatırladaq ki, aprelin 18-də İsraildə Holokost qurbanlarının və müqavimət qəhrəmanlarının anım günü qeyd …

Read More »

Rusiya ordusu son sutkada Ukraynaya 57 raket atıb, yaralananlar var

“Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 57 raket atıb, bir neçə mülki şəxs yaralanıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Məlumata görə, Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır. Baş Qərargahdan qeyd olunub ki, Rusiya qoşunları xeyli itki verir, buna baxmayaraq əsas səylərini Kupyansk, Lymansk, Baxmut, Avdiivka və Marinsk istiqamətlərinə …

Read More »