“Bellator”da çıxış edən Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev zədəsini sağaldıb. Bu barədə “Report”a 34 yaşlı idmançı məlumat verib. Musayev rusiyalı Aleksandr Şabli ilə görüşdə qabırğasından xəsarət aldığını xatırladıb: “Artıq sağlamlığımı bərpa etmişəm və Bakıda məşqlərə başlamışam. Bu qarşılaşmada zədə olmasaydı, döyüş sonadək davam edəcəkdi”. O, növbəti rəqibinin hələlik bəlli olmadığını, döyüşünün iyun və ya iyulda gerçəkləşə biləcəyini söyləyib. Qeyd edək …
Read More »Ali məktəblərə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak üçün qeydiyyat elan edilib
Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib. Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeydiyyat prosesi 2023-cü il aprelin 14-dən mayın 5-dək internet vasitəsilə aparılır. Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2023-cü il martın 1-dən 15-dək …
Read More »Milli Məclisin sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə işgəncə verməsini araşdırmalıdır”
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı, beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb. Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib. S.Qafarova diqqətə çatdırıb ki, bir neçə gün əvvəl …
Read More »Azərbaycanla Türkiyə arasında sığorta əlaqələrinin gücləndirilməsi müzakirə olunub
Azərbaycanla Türkiyə arasında sığorta sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb. “Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli ilə görüşdə sığorta sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinin ölkələrimizin iqtisadi inkişafındakı rolu və potensial əməkdaşlıq imkanları barədə müzakirə apardıq”, – nazir qeyd edib. Türkiyə Sığorta Birliyinin (@sigortabirligi) sədri @AtillaBenli_ ilə görüşdə #sığorta sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinin …
Read More »SİMA vasitəsilə xarici vətəndaşlara da rəqəmsal imza veriləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin nümayəndələri Azərbaycan və Rusiya paytaxtlarında paralel olaraq canlı bağlantı formatında keçirilən “MOSKVA – BAKI: informasiya texnologiyaları sahəsində əməkdaşlıq” biznes konfransında iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd Azərbaycan və Rusiyanın informasiya texnologiyaları sahəsində innovasiyaların inkişafı üçün birgə addımlar atmaq olub. Hər iki ölkədə fəaliyyət göstərən şirkətlər və təşkilatlar arasında innovasiya və yüksək texnologiyalar …
Read More »Sahibə Qafarova: “Ermənistan regionda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür”
Ermənistanın Avropa İttifaqının missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürütməsi aydın müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib. O deyib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədi boyunca …
Read More »Rusiya və Ermənistan XİN başçıları regional məsələləri müzakirə ediblər
Özbəkistanın paytaxtı Səmərqənddə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası çərçivəsində bir araya gəliblər. Onlar regional və ikitərəfli məsələləri müzakirə ediblər.
Read More »Azərbaycan nümayəndə heyəti AK Partinin İzmir təşkilatını ziyarət edib
Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İzmir il başqanlığını (təşkilatını) ziyarət edib. Boyukmillet.com xəbər verir ki, AK Partinin İzmir il başqanı (təşkilat sədri) Bilal Saygılı Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Yeni Azərbaycan Partiyası …
Read More »Qərb ölkələrinin liderləri Nikol Paşinyana xəbərdarlıq edib
Ermənistanda Rusiyanın reytinqi aşağı düşüb. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanda dərc olunan “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb. Məlumata görə, Rusiyanın İrəvandakı səfirliyi bu yaxınlarda Ermənistanda ictimai rəy sorğusu keçirib və biabırçı nəticələr əldə olunub. Məlum olub ki, 2018-ci ildə baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl Ermənistan vətəndaşlarının 70 faizdən çoxu strateji tərəfdaş kimi Rusiyaya müsbət münasibət bəsləyirdisə, …
Read More »Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə olunub
Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib. Universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb. Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar