Cümə , 10 Aprel 2026

autor

İTV-yə baş direktor seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Boyukmillet.com xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında baş tutub. Seçkilər “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq keçirilib. Səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib. Belə ki, …

Read More »

Vilyam Hacıyevin mənzili və xidməti otağından 6,3 milyon manat götürülüb – İTTİHAM AKTI

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin mənzili və xidməti otağından götürülmüş pulların məbləği məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmlər ittiham aktında yer alıb. İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs V.Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 23.06.2021-ci il tarixinə olan Mərkəzi Bankın məzənnəsinə əsasən, 6 298 834 manat …

Read More »

Müdafiə Nazirliyi məlumat yayıb

Törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı bildiririk: N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib. Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə …

Read More »

Nazir: “Ərzaq təhlükəsizliyini daha yaxşı təmin etmək üçün addımlar atılır”

“Azərbaycanda ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması istiqamətində davamlı addımlar atılır. Aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirilir, kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri yüksəlir”. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, bitki sağlamlığı iqlim dəyişikliyi, qlobal istiləşmə kimi çağırışlar fonunda bütün dünyanın diqqət mərkəzində olan …

Read More »

Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakıda təyyarə və vertolyotların növbəti sınaq uçuşları keçirilir. “Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı baş tutacaq. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir. Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, – nazirlikdən qeyd olunub. Xatırladaq ki, sınaq uçuşları mayın 23-dən …

Read More »

İranda qırıcı qəzaya uğrayıb, ölənlər var

İranın İsfahan əyalətində F-7 qırıcı təyyarəsi qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində təyyarənin hər iki pilotu ölüb. Ölənlər mayor və baş leytenantdır. Qeyd edək ki, Çin istehsalı olan F-7 çoxməqsədli qırıcısı SSRİ-nin MiQ-21 təyyarəsinin surətindən ibarətdir. Hazırda bu təyyarə əsasən üçüncü dünya ölkələrinin inventarındadır.

Read More »

DİN Müsəlman Birliyi Hərəkatının üzvlərinin təzyiqlərə məruz qalması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Müsəlman Birliyi Hərəkatının üzvlərinin təzyiqlərə məruz qalması iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov “Report”a verdiyi məlumata görə, qeyd edilən iddialar tamamilə əsassız və yalandır: “Müsəlman Birliyi Hərəkatının iki üzvü Mail Kərimov və Süleyman Ələkbərov bildiriblər ki, mayın 20-də Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşdıqlarına görə polis tərəfindən saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə …

Read More »

Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir. Boyukmillet.com xəbər verir ki, beynəlxalq forumun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti yönəltmək, bu sahədə planlaşdırılan dəyişikliklər, o cümlədən yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Azərbaycanın kənd təsərrüfatı naziri …

Read More »

“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb

Mayın 23-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb.Boyukmillet.com xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mediasiya Şurasının, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin təmsilçiləri, hakimlər, sahibkarlar, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının …

Read More »

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaqlar. Yəni komissiyada Ermənistan xarici işlər …

Read More »