Kubadakı iğtişaşlar nəticəsində ən azı bir nəfər ölüb. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki bu barədə Kuba Xəbər Agentliyi məlumat verib. Bazar ertəsi günü Arroyo-Naranxo bölgəsindəki Havanada polislə toqquşmalarda 36 yaşlı Kuba vətəndaşı, ölümcül xəsarət aldığı qeyd edilib. Agentlik qeyd edib ki, Daxili İşlər Nazirliyi vətəndaşın vəfatı ilə əlaqədar başsağlığı verib.
Read More »İstanbul 2036-cı il olimpiadasına namizəd olur
Türkiyənin İstanbul şəhəri 2036-cı il Yay Olimpiya Oyunlarına namizəd olacaq. Boyukmillet.com-un məlumatına görə, bu barədə şəhər meri Əkrəm İmamoğlu açıqlama verib. O, olimpiadanın keçirilməsi üzrə planını təqdim edərək, bütün müvafiq qurumlarla hökuməti bu istiqamətdə əməkdaşlığa və fəaliyyət göstərməyə çağırıb: “Biz ən böyük hədəfə – İstanbula dünyanın idman xəritəsində layiqli yer verməyə köklənmişik. Arzumuz İstanbulu milyonlarla insanın idmanla məşğul olduğu şəhərə …
Read More »İraqda koronavirus xəstəxanasında baş verən yanğında ölənlərin sayı artır
İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 124 nəfərə yüksəlib. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Al-Hadath televiziyası məlumat yayıb. Bundan əvvəl faciənin 92 qurbanı haqqında məlumat verilmişdi. Qeyd olunur ki, hazırda, cəsədlərin tanınması prosesi davam edir. Hadisə qurbanlarının cəsədləri hələ demək olar ki, tamamilə yanmış binada qaldığı ehtimal edilir.
Read More »Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından bir il ötür
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının birinci ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hər iki hərbçisi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar. Qeyd edək ki, Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, 1976-cı ilin iyul ayında 6 …
Read More »Azərbaycan XİN Ermənistanın Şuşaya səfər edən səfirlərin ölkələrinə nota verməsinə cavab verib
“Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın XİN-in iyulun 9-da Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Ermənistan …
Read More »Ukraynada yeni daxili işlər naziri postuna namizəd müəyyənləşib – EKSKLÜZİV
Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada (parlament) namizədliyi müzakirə olunacaq namizəd müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, bu hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiydir. Avakovun istefa ərizəsinə və yeni daxili işlər nazirinin təsdiqi ilə bağlı məsələyə Ali Radanın iyulun 15-də …
Read More »Ordubad rayonunda kompleks quruculuq işləri aparılır – FOTOLAR
1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. Ulu öndərin əsasını qoyduğu sürətli sosial-iqtisadi inkişaf xətti bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər il dahi şəxsiyyətin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir, …
Read More »ErsinTatar: “Şəhidləri unutmadıq, unutmayacağıq”
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İnönü şəhidlərini anıb. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar 12 İyun 1958-ci ildə yunanlar tərəfindən şəhid edilən İnönü kəndindən olan 11 həmvətəninin xatirəsini anmaq məqsədilə mesaj yayımlayıb. Şəhidlərin unudulamadığını və unudulmayacağını deyən Ersin Tatar yunan rəhbərliyinin Kipr Türk xalqı və Türkiyənin qarşı çıxması nəticəsində BMT Təhlükəsizlik Şurasında 1954-cü ildə “Kipr xalqının öz müqəddəratını təyin …
Read More »Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Azərbaycanda koronavirus infeksiyasına daha 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, …
Read More »Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu
FIFA Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi Ukraynanın “Minay” komandasına transfer qadağası qoyub. Boyukmillet.com “Sport Arena” nəşrinə istinadən xəbər verir ki, buna xorvatiyalı müdafiəçi Mislav Matiçin həmrəylik ödənişi üçün təzminat mübahisəsi səbəb olub. 21 yaşlı oyunçu ötən mövsüm bu komandanın formasını geyinib. Qarar qarşıdakı 3 transfer pəncərəsini əhatə edəcək. Klub bu müddətdə heyətinə yeni futbolçu qata bilməyəcək. Qeyd edək …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar