Ermənistanın siyasi həyatında müxalifət “qıtlığı” özünü daha qabarıq formada göstərməkdədir. Bu da səbəbsiz deyil – müxalifətin ideyası tükənib. Onilliklər boyu Qarabağ məsələsi ilə Ermənistanda siyasi, ictimai proseslərə təsir göstərilib. Ölkədə hakimiyyət də məhz vurğulanan məsələ əsasında müəyyən olunub. Eyni zamanda, cəmiyyətin diqqəti başqa problemlərdən yayındırılaraq daha çox bu istiqamətə yönəldilib. “Qarabağ məsələsi” deyilən faktor artıq mövcud deyil. Bu isə Ermənistan …
Read More »Ötən həftə azad edilmiş ərazilərdə 159 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb. Bu barədə “Report”a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib. Məlumata əsasən azad olunan ərazilərdə 22-28 aprel 2024-cü il tarixi ərzində 100 tank əleyhinə mina, 59 piyada əleyhinə mina, 380 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, …
Read More »Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb
Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Qeyd edək ki, “Konyaspor” Superliqada 34 turdan sonra 36 xalla 15-ci pillədə qərarlaşıb.
Read More »İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Read More »İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin yay parkındakı kanalizasiya xəttində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli fövqəladə hallar qurumunun ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Vahid Şadiniya bildirib. Məlumata görə, yaralılar Təbrizdəki İmam Rza xəstəxanasına yerləşdirilib. Şərqi Azərbaycan əyaləti Fövqəlada Hallar İdarəsi mətbuat xidmətinin məlumatına əsasən, Bostanabad rayonunun İranak kəndində təbii qaz balonunun partlaması …
Read More »Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
Atletika üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında uğurlu çıxışı davam etdiriblər. Boyukmillet.com xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb. Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Fəridə Rzayeva isə …
Read More »Ələt Azad İqtisadi Zonası dünyada ən böyük sərgilərdən birində təmsil olunub
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli Qurum) dünyanın ən böyük sənaye sərgilərindən olan Hannover Messe-də iştirak edib. 22-26 aprel tarixlərində Almaniyanın Hannover şəhərində keçirilmiş sərgi iştirakçı və ziyarətçi sayına, habelə miqyasına görə dünyada ön sıralarda yer alır. Müxtəlif ölkələrdən nəhəng şirkət və investorların iştirak etdiyi sərgidə Səlahiyyətli Qurum ayrıca stendi ilə çıxış edərək ziyarətçiləri Ələt Azad İqtisadi Zonasında investorlar …
Read More »“Qarabağ” Azərbaycan çempionatında 30 oyundan sonra qol vura bilməyib
“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu XXXII turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv cari mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdi. Həmin matç da eyni hesabla bitib. Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları …
Read More »Azərbaycanın U-18 millisinin heyətində daha bir dəyişiklik edilib
18 yaşadək (U-18) futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, “Sumqayıt” klubunun futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi” komandasından Eldar Babayev yığmaya dəvət olunub. Qeyd edək ki, U-18 aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.
Read More »Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR
O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! Nə olumdu,nə itimdi hər şey bitdi,yol bitmədi ! Yolçular yola getmədi, hamı olmağın yaşadı ! Allah qovdu öz göyündən, yuva saldım söz köyündə ! Bu yaxasız köynəyimdə bir qızın əlin daşıdım ! İş köhnədi,söz boyatdı torpaq alta bata-batdı ! Ömrün vaxtı saatladı, sözün vaxtı dil …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar