Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb. “112” qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Əlavə məlumat veriləcək.

Read More »

Moskva hava limanları hazırda normal rejimdə işləyir

Rusiyanın paytaxtı Moskvanın hava limanlarında əvvəllər tətbiq edilən məhdudiyyətlərdən sonra normal rejimdə iş bərpa olunub. Boyukmillet.com xəbər verir ki, Moskvanın bütün hava limanları – “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” normal rejimdə işləyir. Qeyd edək ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.

Read More »

Mikel Arteta “Arsenal”ın tarixinə düşüb

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta klubun tarixinə düşüb. Boyukmillet.com xəbər verir ki, ispaniyalı mütəxəssis “topçular”ın Premyer Liqanın XIII turunda “Brentford”u 1:0 hesabı ilə məğlub etdiyi görüşdə klub rekordunu yeniləyib. London təmsilçisi onun rəhbərliyi altında keçirdiyi ilk 200 matçda 116 qələbə qazanıb. Bundan əvvəl rekord 111 qələbə sevinci yaşayan Arsen Vengerə məxsus idi. Bu göstəricidə üçüncü yeri ilk 200 görüşündə …

Read More »

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumatda Nelsonun noyabrın 26-dan dekabrın 1-dək Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcəyi, orada Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Rusiyaya qarşı məhdudlaşdırıcı …

Read More »

Bayden və Qətər əmiri İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər

ABŞ Prezidenti Cozef Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb. “Liderlər sazişin həyata keçirilməsində çətinlikləri və bu çətinliklərin qısa zamanda aradan qaldırılması mexanizmlərini müzakirə ediblər”, – Ağ Ev bildirib. Tərəflər arasında ünsiyyətdə Qətər əmirindən başqa ərəb dövlətinin Baş …

Read More »

Azərbaycan kikboksçuları dünya çempionatında rekorda imza atıblar

Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında rekorda imza atıb. Boyukmillet.com xəbər verir ki, 17-26 noyabr tarixlərində baş tutan yarışda idmançılarımız 13 medal qazanıblar. Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl, Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm …

Read More »

Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələrindən birində şəhər günü qeyd edilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən bölmələrindən birində 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətlə tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş …

Read More »

Kəlbəcərlə Laçının elektrik şəbəkələrini birləşdirən təchizat sxemi yaradılacaq

Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq. Ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə tamamlama işləri görülür. Bu barədə Azərişıq ASC-dən bildirilib. Belə ki, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda İstisu ərazisində “İstisu” 110-35 kv-luq yarımstansiyasının tikintisinə başlanılıb. Eyni zamanda Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək …

Read More »

Muxtar Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkədə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub

Read More »

İranda qar uçqunu olub, 5 nəfər ölüb, 4 nəfər yaralanıb

İranın qərbindəki Lorestan əyalətinin Oştorankuh dağ silsiləsində qar uçqunu nəticəsində 5 alpinist ölüb, 4 nəfər isə yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Kadami bildirib. Bildirilib ki, noyabrın 25-də xilasedicilərin səyi nəticəsində itkin düşən daha üç alpinistin cəsədi tapılıb.

Read More »