Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb, Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə …

Read More »

Yevlax sakinlərindən silah-sursat və narkotik götürülüb

Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən silah-sursat və narkotik vasitələr götürülüb. Boyukmillet.com xəbər verir ki, ilk tədbir zamanı odlu silahı qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən Atif Mahmudov şəhər ərazisində saxlanılaraq şöbəyə gətirilib. Axtarış aparılarkən ondan “Kalaşnikov” konstruksiyalı “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı və 30 …

Read More »

Bakı Limanı Mərakeşin Milli Limanlar Agentliyi ilə əməkdaşlıq edəcək

Azərbaycan və Mərakeş arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Rabatda keçirilmiş iclası çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Mərakeşin Milli Limanlar Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Limanı məlumat yayıb. Bildirlir ki, sənədə səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və Agentliyin Baş meneceri Nadia Laraki imza atıb. Memorandumun əsas məqsədi …

Read More »

İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşib

Bakıda AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunundan əvvəl mətbuat konftanslarının vaxtı bəlli olub. Boyukmillet.com xəbər verir ki, saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq. Saat 18:00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra yığmanın açıq …

Read More »

Dövlət Əmək Müfəttişliyi Xidməti ISO sertifikatı almaq istəyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ISO sertifikatlarının satın alınması üçün açıq tender elan edib. Boyukmillet.com xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar ilkin sənədləri dekabrın 4-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 12-si, saat 20:00-a qədər agentliyin Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, …

Read More »

Adil Kərimli: “Ortaq türk mədəniyyətinin təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək”

“Ortaq türk mədəniyyətinin dünyada təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyədə səfərdə olan, Türkiyə-Azərbaycan müştərək komissiyasının 3-cü toplantısında iştirak edən mədəniyyət naziri Adil Kərimli bildirib. İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən nazir deyib ki, bu il həm Azərbaycan, həm Türkiyə, həm də türk dünyası üçün əlamətdar günlərlə yadda …

Read More »

Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,87 ABŞ dolları, yaxud 1,09 % artaraq 87,15 ABŞ dolları təşkil edib. Bu barədə “Report“a neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 82,85 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …

Read More »

Ağdaşda narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluqda şübhəli bilinən 9 nəfər saxlanılıb

keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinən ümumilikdə 9 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Abbasov saxlanılıb. Ona məxsus …

Read More »

Şərqşünas alimin Zəfər Günü haqqında məqaləsi Misirdə dərc olunub

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “8 Noyabr Zəfər Günü: Azərbaycan ordusunun və xalqının şanlı qələbəsi” adlı məqaləsi Misirin elalmelarby.com saytında yayımlanıb. Məqalədə qeyd olunur ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin …

Read More »

Şərqşünas alimin “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabı Təbrizdə nəşr olunub

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” adlı kitabı Təbrizdə “Aydın” nəşriyyatı tərəfindən ərəb əlifbasında çap olunub.542 səhifədən ibarət olan kitab Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çapa məsləhət görülüb. Kitabın elmi redaktoru AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, …

Read More »