Noyabrın 9-u Şəmkir Heydər Əliyev Mərkəzində 16 noyabr Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Şəmkir Bilik Evinin direktoru, millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi Mübariz Süleymanov, ziyalılar, rayonda yaşayan müxtəlif xalqların nümayəndələri, gənclər iştirak ediblər. …
Read More »Rauf Zeyni: “-…Ermənistan hakimiyyəti ona qarşı mənəvi terror həyata keçirib…”
Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransa 10-dək ölkənin səfirliyinin, beynəlxalq təşkilatların nümayəndələri, QHT və media qurumlarının təmsilçiləri qatılıb. Tədbiri giriş sözü ilə açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Ermənistan, Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi, münaqişənin həlli istiqamətində atılan addımlar, vətəndaş cəmiyyəti institutlarının bu prosesə töhvə verməsinin vacibliyi, …
Read More »Madriddə dinlərarası dialoqa həsr olunan beynəlxalq konfrans keçirilib
İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə təşkil olunub. Konfransda Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, …
Read More »DSMF-nin Neftçalada yeni binası istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarında iş və vətəndaşlara xidmət şəraitinin müasir tələblər səviyyəsində qurulması tədbirlərinin davamı olaraq, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Neftçala rayon İcra …
Read More »Akif Çovdarov məhkəməyə gətirilmədi
Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 MTN əməkdaşının məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, digər təqsirləndirilən şəxslər məhkəməyə gətirilsələr də, A.Çovdarov səhhətində …
Read More »Azərbaycanda ərzaq məhsullarına tələbatla bağlı portal yaradılıb
Azərbaycanda “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı yaradılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) “Report”a verilən məlumata görə, MHM-in texniki dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən yaradılan portalın əsas məqsədi ölkə ərazisində məhsul istehsalının stimullaşdırılmasıdır.Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin məqsədi regionlarda kənd təsərrüfatı ilə məşğul …
Read More »Prezidentin Mətbuat Xidmətinin məlumatı
Noyabrın 9-da Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidentinə Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Ukrayna Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Öz növbəsində Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu …
Read More »Azərbaycan Dağıstandan 5 mln. dollarlıq təbəqə şüşə alacaq
Dağıstanın “Kaspi” təbəqə şüşə zavodu Azərbaycana 5 mln. ABŞ dolları həcmində təbəqə şüşə tədarük edəcək. “Report” xəbər verir ki, məhsulun tədarükünə dair razılaşma zavod ilə Azərbaycanın “Qlass Haus” şirkəti arasında imzalanıb. “Kaspi” təbəqə şüşə zavodu Dağıstanda fəaliyyət göstərən iri müəssisədir. İnvestisiya layihəsi 2013-cü ildə həyata keçirilib. Zavodun layihə gücü sutkada 600 ton təbəqə şüşəsi təşkil edir. 2016-cı ildə zavodda 190 min …
Read More »Ağdamda piyadanın ölümünə səbəb olan sürücü tutulub
Ağdam rayonunda piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub. “Report”un məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Bəhrəm Hüseynovu avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü Fəxri Əliyev tutulub. Qeyd edək ki, hadisə noyabrın 8-də rayonun Xındırıstan qəsəbəsinin ərazisində baş verib. B.Hüseynov naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində olub. …
Read More »Xalça Muzeyində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Xalça Muzeyində Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz!” adlı tədbir təşkil olunub. Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Şuşa şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə “CBC” televiziyasının hazırladığı “Müstəqilliyimizin üç rəngi” adlı qısametrajlı sənədli film …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar