Çərşənbə , 25 Fevral 2026

Futbol

Vaqif Cavadov: “Millimiz Estoniya yığmasına qalib gəlməlidir”

“Estoniya yığmasına qalib gəlməliyik. Ümid edirəm ki, belə də olacaq”. Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov komandanın səfərdə Estoniyaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə oyunu barədə danışarkən deyib. 34 yaşlı keçmiş yarımmüdafiəçi millidən qələbə gözlədiyini söyləyib: “Rəqib də qalib gəlmək niyyətindədir. Onlar son vaxtlar yığmamızın nəticə baxımından yaxşı çıxış etmədiyini bilirlər. Ola bilər ki, hansısa matçda yaxşı oynamışıq, amma …

Read More »

Kolumbiyada klub prezidenti uduzduqları oyundan sonra öldürülüb

Kolumbiyanın “Tiqres” klubunun prezidenti Edqar Paes öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Funksioner II Liqanın XIII turunda “Atletiko Kali”yə uduzduqları matçdan sonra güllələnib. Hadisə Paes qarşılaşmadan sonra evə qayıdarkən baş verib. Kolumbiya Futbol Federasiyası da onun vəfatı ilə bağlı başsağlığı verib.

Read More »

“Qarabağ” Marko Yankoviçlə müqavilənin müddətini uzadıb

“Qarabağ” klubu futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib. Boyukmillet.com xəbər verir ki, sözləşməyə əsasən, 28 yaşlı yarımmüdafiəçi 2027-ci ilədək “köhlən atlar”da çıxış edəcək. 2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.

Read More »

Azərbaycan Futzal Federasiyasının rəsmisi: “Bu məsələ bizdən asılı deyil, klub da istəməlidir”

“Bu məsələ yalnız federasiyadan asılı deyil. Klub da bunu istəməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov Birinci Liqada çempion olan “Şamaxı” komandasının Yüksək Liqada mübarizə aparmaması ilə bağlı danışarkən deyib. Federasiya rəsmisi idman prinsipinə əməl etmək istədiklərini bildirib: “Əslində, bununla bağlı yarışın əsasnaməsində bənd var. Amma Birinci Liqanın qalibini məcbur edə bilmərik. Əvvəlki …

Read More »

İFFHS reytinqi: “Qarabağ” və “Sabah” irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, 405 komandanın yer aldığı siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. Ötən ay 79-cu pillədə qərarlaşan “Qarabağ” ciddi irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” …

Read More »

Azərbaycan – İordaniya oyununu türkiyəli hakim idarə edəcək

Bakıda Azərbaycan və İordaniyanın futbol üzrə milliləri arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun təyinatları bəlli olub. Boyukmillet.com xəbər verir ki, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Arda Kardeşlerə yan xətt hakimləri Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək. Qeyd edək ki, sentyabrın 12-də “Dalğa Arena”da oynanılacaq Azərbaycan – İordaniya görüşü saat …

Read More »

Canni De Byazi: “Bundan artığına nail ola bilərdik”

“Bundan artığına nail ola bilərdik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belçika yığmasına 0:1 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis “Dalğa Arena”da baş tutan qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Ağır oyun olsa da, 90 dəqiqə ərzində ağıllı çıxış etdik. Yenə də çox şeyi inkişaf etdirməliyik. …

Read More »

Belçikalı futbolçu: “Azərbaycanla matçda oynamaq istəyirəm”

“Azərbaycanla matçda oynamaq istəyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Zeno Debast AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək səfər görüşü barədə danışarkən deyib. 20 yaşlı mərkəz müdafiəçisi sentyabrın 9-da baş tutacaq qarşılaşmaya özünü hazır sayır: “Milli mənim üçün yaxşı imkandır. Yan Vertongenlə eyni klubda yer aldığım üçün ondan çox şey öyrənirəm. Onunla “Anderlext”də tandem təşkil edirəm. Amma sırf …

Read More »

Azərbaycan millisinin Superfinaldakı oyunlarının təqvimi müəyyənləşib

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı bəlli olub. Milli sentyabrın 19-da, Bakı vaxtı ilə saat 12:15-də Türkiyə ilə üz-üzə gələcək. Bir gün sonra eyni saatda rəqib Rumıniya olacaq. Yığma sentyabrın 21-də, saat 16:00-da isə İsveçrəni sınağa çəkəcək.

Read More »

“Qarabağ”ın koordinatoru “Qalatasaray”ın akademiyasını ziyarət edib

“Qarabağ”ın koordinatoru Aftandil Hacıyev və U-15 komandası “Qalatasaray”ın akademiyasını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, qonaqları “Qalatasaray” akademiyasının koordinatoru Emir Kıvırçık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik qəbul ediblər. Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı ilə bağlı da fikir mübadiləsi …

Read More »