Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin “Apple Pay” və “Google Pay” vasitəsilə ödəyə biləcəklər. Bu barədə “Report”un sorğusuna cavab olaraq paytaxtın ictimai nəqliyyatında istifadə olunan “BakıKart” sisteminin operatoru – “K Group” MMC məlumat verib. Paralel olaraq “BakıKart” kart, “BirBank” və “M10” QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır. Bildirilib ki, ilkin mərhələdə NFC …
Read More »Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir
Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb. “Bu dəqiqələrdə Ermənistan-Gürcüstan sərhədini (Ayrum stansiyası) Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə çatdırılan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli “Aİ-95” markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir. Bəlkə də bu, təkcə sülh qurulduqdan (iki ölkə arasında -red.) …
Read More »“Air Serbia” Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixini açıqlayıb
Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il mayın 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq. Boyukmillet.com bu barədə aviaşirkətə istinadən xəbər verir. Məlumata görə, “Air Serbia” gələn il Azərbaycan paytaxtı da daxil olmaqla altı istiqamətə birbaşa uçuşlar həyata keçirəcək. Belə ki, aprelin 30-dan Santoriniyə (Yunanıstan), mayın 3-dən Bakıya, mayın 23-də Torontoya (Kanada), sentyabrın 30-da Sevilyaya (İspaniya), oktyabrın 27-də Tenerifeyə …
Read More »“Laçın” tankeri ilə 464 min tondan çox neft və neft məhsulları daşınıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Laçın” tankeri ilə istismara veriləndən, 6 il ərzində 464,093 min ton neft və neft məhsulları daşınıb. Boyukmillet.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Tanker bu müddət ərzində müxtəlif limanlara ümumilikdə 94 səfər həyata keçirib. Son bir ildə isə gəmi 48 min 958,323 ton yükü təyinat limanına çatdırıb. “Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton, …
Read More »Çoxmərtəbəli binalara qazın verilməsi dayandırılacaq: Yeni sistem belə işləyəcək
Azərbaycan 2035-ci ilədək çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılmasını və onların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunmasını planlaşdırır. “BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası”nın Azərbaycanla bağlı hazırlanan “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatında binalarda elektrikli hava-su tipli istilik nasoslarının və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Sənəddə bildirilir ki, yüksək səmərəliliyə malik elektrikli …
Read More »AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2025-ci ilin qış uçuş cədvəlini genişləndirərək London, Barselona, Milan, Male və digər şəhərlər də daxil olmaqla 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin sayını artırıb. Boyukmillet.com bu barədə aviaşirkətə istinadən xəbər verir. Yenilənmiş qrafikə əsasən, AZAL 2025-ci ilin oktyabr ayının sonundan etibarən Avropa, Yaxın Şərq və Asiyanın əsas marşrutlarında fəaliyyətini daha da gücləndirib. 2024-cü ilin qış mövsümü …
Read More »ASCO-nun gəmisi Avstraliyadan ABŞ-yə 24 min tondan çox polad yük daşıyacaq
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Xocalı” quru yük gəmisi Avstraliyanın Kembla limanından ABŞ-nin Los-Anceles limanına doğru yola düşüb. Boyukmillet.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, gəmi 24 251 ton polad yüklə səfərə çıxıb və onun təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir. Məlumata əsasən, hazırda “Xocalı” gəmisi Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq …
Read More »Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR
Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir. Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil …
Read More »Azərbaycanda dəmiryolu və avtomobil yollarının tunelləri üçün layihələndirmə normaları təsdiq edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə normaları”nı təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb. Qərara əsasən, normalar rels izi 1 520 mm olan ümumi şəbəkə dəmir yollarında və bütün dərəcəli ümumi istifadədə olan avtomobil yollarında yeni tikilən və yenidən qurulan tunellərin layihələndirilməsinə və tikintisinə şamil olunur. Ancaq, …
Read More »Ağdamda bina tikintisi üçün deputatın oğluna 15.8 milyon manat veriləcək
Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, Ağdamda yeni yaşayış massivinin inşa edilməsi üçün 2 ədəd tender keçirilib. Hər iki tenderin qalibi də “Diler İnşaat” QSC olub. Qalib şirkət bu iliin avqust-noyabr aylarında Ağdamda yaşayış massivinin salınması üçün keçirilən birinci müsabiqədə 7.818.565,07 AZN, ikinci müsabiqədə isə 8.050.336,09 AZN vəsait alacaq. “Diler İnşaat” QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hazırda nizamnamə kapitalı 2010 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar