Rusiya ordusu Xarkov şəhərinin Sloboda rayonunu atəşə tutub, nəticədə ilkin məlumata görə, 7 dinc sakin öldürülüb, aralarında 3 uşaq olan 34 nəfər yaralanıb. Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, qəsdən adam öldürmə, eləcə də müharibə qanunlarını və adətlərini pozma maddələri ilə cinayət işi açılıb
Read More »Quzey Kıbrıs Türk Dövlətləri Təşkilatında təmsil olunmaq niyyətindədir – Ersin Tatar AÇIQLADI
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar KKTC-nin müşahidəçi dövlət kimi Türk Dövlətləri Təşkilatında öz layiqli yerini tutmasının vacibliyini vurğulayıb. Boyukmillet.com bildirir ki, Ersin Tatar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qonağı olaraq səfərdə olduğu Bursadakı görüşlərini başa çatdırıb. Prezident görüşləri ilə bağlı verdiyi açıqlamada, “Ana Vətən Türkiyə Cümhuriyyəti və türk dövlətləri arasında əlaqələri gücləndirmək üçün bu cür fəaliyyətlərin təşkilinə böyük …
Read More »Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb
Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb. Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur. Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi – Ruslan …
Read More »Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir
Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski bildirib. O, Rusiya qoşunlarının bölgə ərazisindən fəal şəkildə çıxarıldığını vurğulayıb. “Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə getməyə başlayıblar. Son günlər biz Rusiya qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə …
Read More »Ukrayna ordusu əks hücuma keçərək bəzi yaşayış məntəqələrini azad edib
Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib. Bu barədə Boyukmillet.com Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığına istinadən xəbər verir. Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır, “Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır”, – məlumatda deyilir.
Read More »Ermənistan XİN Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiqləyib
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bir daha təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla birgə keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, italiyalı həmkar ilə regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.
Read More »Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirib
Türkiyə PUA-sı İraqın şimalında 4 terrorçunu məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat İraqın şimalındakı Qəndil bölgəsində həyata keçirilib. Silahlılar pilotsuz uçan aparatdan endirilən zərbə ilə zərərsizləşdirilib. Müdafiə Nazirliyi terrorla mübarizəni davam etdirmək əzmində olduğunu bəyan edib.
Read More »Türkiyənin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib
“Bu gecə Bakıda baş vermiş partlayışla əlaqədar qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq, yaralılara tezliklə şəfa diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb. Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova dünyasını …
Read More »Rusiya ordusu Ukraynanın iki şəhərini mühasirəyə alıb
Rusiya ordusu Ukraynanın Burın və Putivl şəhərlərini mühasirəyə alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb. “Slobojanşinada işğalçılar Burın şəhərindən çıxışı bağlayıblar, kənddə düşmənin xeyli sayda hərbi texnikasının cəmləşməsi qeydə alınıb. Putivlin blokadası davam edir, şəhər düşmən nəzarət-buraxılış məntəqələri ilə əhatə olunub”, – məlumatda deyilir. Bundan əlavə, qeyd edilir ki, Rusiya ordusu Yuryevo qəsəbəsində reydlər keçirir. …
Read More »Peskov: “Rusiya ilə Ukrayna arasında danışıqlar asan getmir”
“Rusiya ilə Ukrayna arasında danışıqlar asan getmir”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Belarus24” telekanalına müsahibəsində bildirib. “Əsas odur ki, ukraynalılarla yaxınlaşacağımız yer tapaq və danışıqlar davam etsin. Fərqi yoxdur, istənilən yerdə, hətta İstanbulda, əsas məsələ davam etməkdir”, – Peskov deyib. “Biz Belarusda danışıqları davam etdirməkdən məmnun olardıq, lakin ukraynalılar bunu istəmir. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
