Cümə axşamı , 12 Mart 2026

Region

Rusiya ordusu Nikolayev şəhərinə daxil olub

Martın 4-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın cənubundakı Nikolayev şəhərinə daxil olub.  Boyukmillet.com xəbər verir ki, bu barədə Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib. O, sakinləri təvişə düşməməyə, qadın və uşaqları evləri tərk etməməyə çağırıb. Hazırda şəhərin Oktyabrsk rayonunda döyüşlər gedir.

Read More »

Ukraynada avtomobil raket atəşinə tutulub, bir azərbaycanlı ölüb

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub. Bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib. O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: “Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir”. A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.

Read More »

Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirən növbəti çarter reysi Bakıya enib və 201 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Boyukmillet.com xəbər verir ki, AZAL-ın Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər, o cümlədən 18 körpə ölkəyə gətirilib.

Read More »

Ali Rada Zelenskinin ümumi səfərbərlik haqqında fərmanını təsdiq edib

Ukrayna Ali Radası prezidentin “Ümumi səfərbərlik haqqında” fərmanını təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Parlamentin saytında hələlik neçə deputatın bu qanun layihəsinin qəbulunu dəstəklədiyi barədə məlumat yoxdur, çünki iclas bağlı qapılar arxasında keçib. Qeyd edək ki, fevralın 25-də Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Bildirilir ki, səfərbərlik bu fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata …

Read More »

Rusiya və Ukrayna müvəqqəti atəşkəslə bağlı razılığa gəlib

“Ukrayna və Rusiya nümayəndə heyətləri müvəqqəti atəşkəsə dair razılığa gəliblər”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Onun sözlərinə görə, tərəflər əsasən humanitar aspektləri müzakirə ediblər: “Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.

Read More »

Putin: “Ruslar və ukraynalılar bir xalqdır”

Ukraynada Rusiya ordsunun həyata keçirdiyi əməliyyatlar plan üzrə, qrafikə ciddi uyğun olaraq gedir və bütün vəzifələr uğurla həll olunur. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib. O, rusların və ukraynalıların bir xalq olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, o, bundan heç vaxt vaz keçməyəcək.

Read More »

Zelenski Putinə çağırış edib: “Torpaqlarımızdan get!”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Ukrayna lideri mətbuat konfransı zamanı rusiyalı həmkarına müraciət edib. “Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam, normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, terrorçu deyilik, bankları ələ keçirmirik. Başqalarının torpaqlarını da …

Read More »

Ukraynanı XİN başçısı NATO-ya təcili çağırış edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tərəfdaşları Ukraynanın hava məkanını bağlamağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı Ukrayna telekanalının yayımında söyləyib. “Biz NATO-dakı tərəfdaşlarımıza çox aydın və sakit şəkildə deyirik ki, siz Rusiya ilə birbaşa qarşıdurmadan necə qaçınacağınızı istədiyiniz qədər fikirləşə bilərsiniz, amma indi onu dayandırmağa yardım etməsəniz, birbaşa toqquşma qaçılmaz olacaq, çünki siz növbəti olacaqsınız”, – …

Read More »

Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurub

Yaponiya hökuməti Rusiya oliqarxlarının ölkə banklarındakı hesablarının dondurulması ilə bağlı qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida martın 3-də bildirib. “Bu gün biz rusiyalı “dzaybasu” (“pul klanı”- TASS) oliqarxlarının bank hesablarının dondurulması barədə qərar qəbul etmişik”, – Baş nazir söyləyib. O əlavə edib ki, Yaponiya, Avropa İttifaqı və ABŞ-ın maliyyə sanksiyaları, o cümlədən Rusiya …

Read More »

AİİB Rusiya və Belarusda layihələrin maliyyələşdirilməsini dayandırıb

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Ukraynada vəziyyətlə əlaqədar Rusiya və Belarusda həyata keçirilən layihələrin maliyyələşdirilməsini dayandırıb . Boyukmillet.com xəbər verir ki, bu barədə Bankın internet səhifəsində bildirilir. Məlumatda deyilir ki, hazırda vəziyyət hərtərəfli araşdırılır, müharibədən birbaşa və yaxud dolayı yolla zərər çəkən üzv ölkələrə maliyyə vəsaiti ayrıla bilər. “Xammal qiymətlərinin kəskin artımı, maliyyə bazarlarında dalğalama və başqa amillər üzvlərimizin iqtisadiyyatına …

Read More »