Cümə axşamı , 2 Aprel 2026

Region

İran ABŞ-nin ikinci dərəcəli sanksiyaları ehtimalına qarşı tədbirlər görüb

Tehran ABŞ-nin İran neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etməsi ehtimalına qarşı bütün zəruri tədbirləri görüb. Boyukmillet.com – un məlumatına görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani brifinqdə bildirib. “Biz zəruri tədbirlər görmüşük və hadisələrin bütün inkişaf ssenarilərinə hazırıq, bizim bütün ssenarilərimiz də tam hazırdır”, – o qeyd edib. ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində İrandan neft və …

Read More »

Hakan Fidan Aİ XİN başçılarının qeyri-rəsmi toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, mayın 8-i Varşavada keçiriləcək toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri müzakirə predmeti olacaq. Toplantı ilə bağlı səfər çərçivəsində Hakan Fidanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Read More »

İran 1 200 km uçuş məsafəsinə malik ballistik raketi uğurla sınaqdan keçirib

İran 1 200 km uçuş məsafəsinə malik yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə islam respublikasının müdafiə naziri Əziz Nasirzadə IRIB telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, raket “1 200 km-dən çox məsafədən buraxılıb”, o, hədəfləri dəqiq aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malikdir və həmçinin müdaxilələrə qarşı dayanıqlıdır. Nasirzadə vurğulayıb ki, İran əhəmiyyətli raket …

Read More »

Türkiyədə CHP sədri hücuma məruz qalıb

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel hücuma məruz qalıb. Boyukmillet.com “Haber Global”a istinadla xəbər verir ki, hadisə dünən vəfat etmiş Türkiyə parlamentinin sədr müavini Sırrı Süreyya Önder üçün keçirilən dəfn mərasimindən sonra baş verib. Mərasimin keçirildiyi Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən naməlum şəxs Ö.Özelə yumruqla zərbə endirib. Hazırda CHP sədrinin vəziyyətinin yaxşı olduğu bildirilir. İstanbul Baş Prokurorluğunda hücumla bağlı …

Read More »

Ərdoğan: Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq

Bölünmüş Kipr problemi son nəticədə adada iki suveren dövlətin yaradılması əsasında həll olunacaq. “Report”un “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Biz Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll baxışını tam dəstəkləyirik. Biz töhfə verməyə və konstruktiv yanaşmaya davam edəcəyik. Martın 17-18-də Cenevrədə BMT-nin himayəsi ilə geniş tərkibdə keçirilən qeyri-rəsmi …

Read More »

Ərdoğan: “Türkmənistan qazı 5 ildən sonra Xəzərin dibi ilə Türkiyəyə nəql ediləcək”

Türkiyə beş ildən sonra Türkmənistanın təbii qazını Xəzərin dibi ilə borular vasitəsi idxal edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışı zamanı bildirib. “Bu ilin mart ayından Türkmənistan qazını İran ərazisindən keçərək Türkiyəyə tədarük edirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb. Onun sözlərinə görə, indiyədək bu marşrut üzrə 250 milyon kubmetr təbii qaz nəql olunub: …

Read More »

Bu türk dövləti adını dəyişir – “…mənası qalmayıb”

Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər. Boyukmillet.com xəbər verir ki, bunu ŞKTC Prezidenti Ersin Tatar jurnalist Hilmi Daşdemirə müsahibəsində deyib:  “Böyük ehtimalla dövlətin adı dəyişəcək. Mən də bu təklifi dəstəkləyirəm. Federasiya dəftəri artıq qapanıb. Artıq “Şimal” da mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var”. Ersin Tatar dövlətin adının Kipr Türk Cümhuriyyətinə çevriləcəyini istisna etməyib.

Read More »

Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgərinin öldüyü bildirilir

Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir Ukraynaya qarşı müharibədə Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgərinin öldüyü bildirilir. “Reuters” agentliyi yazır ki, bu barədə məlumat Cənubi Koreya parlamentinin üzvlərinə ölkənin milli kəşfiyyat xidməti tərəfindən ötürülüb. Şimali Koreya qüvvələri indiyədək ümumilikdə təxminən 4 min 700 itki verib – bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir. …

Read More »

Türkiyədə FETÖ ilə əlaqədar 170-ə yaxın şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat tədbirləri keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial media hesabında yazıb. Nazirin sözlərinə görə, 42 vilayətdə ümumilikdə 169 şübhəli saxlanılıb. Əməliyyat nəticəsində bir sıra silah-sursat, eləcə də çoxlu sayda sənəd və rəqəmsal material ələ keçirilib.

Read More »

Rusiya dronları Kiyevə hücum edib, ölənlər var

8 nəfər ölüb, 77 nəfər isə yaralanıb Rusiya dronları Kiyevə hücum edib, ölənlər var. Aprelin 24-nə keçən gecə Rusiya qoşunları Ukraynaya raket və pilotsuz təyyarələrlə hücum edib. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib ki, zərbələr Kiyev, Jitomir, Dnepropetrovsk, Zaporojye, Sumı, Poltava, Xarkov və Xmelnitski vilayətlərində olub. Nəticədə Kiyevdə 8 nəfər ölüb, 77 nəfər isə yaralanıb. Yaşayış binalarına ziyan dəyib, …

Read More »