Səfirliyin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir. “Görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib”, – deyə açıqlamada qeyd edilir. Açıqlamada uzun fasilədən sonra Tehranda …
Read More »Türkiyənin Ədliyyə Nazirliyi: Boluda hoteldə yanğın zamanı 78 nəfər həyatını itirib
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda baş verən yanğın zamanı ölənlərin sayının 78 olması dəqiqləşib. Boyukmillet.com “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi hazırkı yekun nəticələrə əsasən məlumat verib. Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu …
Read More »İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib
İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Boyukmillet.com İSNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bildirib. Məlumata görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib. İnformasiyaya əsasən, müttəhimin valideynləri onunla görüşə gələndən sonra hökm icra olunacaq. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər …
Read More »Mirzoyan İran-Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çıxarılmasına münasibət bildirib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran-Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çıxarılmasına münasibət bildirərək, bu hadisədə “siyasi qalmaqal”a yer olmadığını bəyan edib. Boyukmillet.com xəbər verir ki, bunu A.Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında “News.ru”nun sualını cavablandırarkən deyib. “Rusiya sərhədçilərinə gəlincə, xatırlatmaq istəyirəm ki, Ermənistanın müstəqilliyinin ilk günündən bizim xahişimizlə rusiyalı sərhədçilər müvəqqəti olaraq Ermənistan və İran arasındakı sərhədin …
Read More »Türkiyədə faciə: 10 ölü, 32 yaralı var – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Türkiyənin Bolu şəhərində 12 mərtəbəli hoteldə baş verən güclü yanğın faciəyə səbəb olub. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb. Yanğının gecə saatlarında, 03.30-da başladığı və qısa müddətdə 4-cü mərtəbədə yerləşən restoran hissəsindən yuxarı qatlara yayıldığı bildirilib. Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı başsağlığı verərək, istintaqın başladığını açıqlayıb. Daxili …
Read More »Dağlıq Qarabağ erməniləri öz kimliklərini qorumağa çalışırlar
“Biz Dağlıq Qarabağı özümüzlə gətirə bilmədik” 2023-cü ildə baş verən kütləvi köçdən sonra Dağlıq Qarabağ erməniləri öz kimliklərini, dialektlərini və mədəniyyətlərini qorumaq üçün mübarizə aparıblar. Donara Qasparyan onilliklər ərzində Dağlıq Qarabağ mədəniyyətinin və mətbəxinin simvolu olan xırda doğranmış göyərti ilə doldurulmuş yemək növü olan-Jengyalov qutablarını bişirib Stepanakert bazarında satırdı. 2023-cü ildə Qarabağın Azərbaycanın hərbi nəzarəti altına keçməsi nəticəsində oradan qaçdıqdan …
Read More »İranda altı siyasi partiya iki qadının edamına etiraz olaraq tətilə çağırış edib
İranın Kürdüstan əyalətinin altı partiyası iki siyasi məhbus Verişe Muradi və Baharxan Əzizi barəsində çıxarılan edam hökmünə etiraz olaraq əhalini tətilə çağırıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, çağırışla bağlı bəyanatı imzalayanlar arasında İran Kürdüstan Demokrat, Azad Həyat (Pajak), Azadlıq partiyaları da var. Siyasi təşkilatlar əyalətdə bazarları, ümumtəhsil mərkəzlərini, habelə fəhlələri tətilə çağırıblar. İranın əsas bəluclar yaşayan …
Read More »Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib. “Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, – o bildirib. Dövlət başçısı söyləyib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”. Prezidentin sözlərinə …
Read More »Ermənistan Rusiya səfirinə etiraz notası təqdim edib
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com Ermənistan XİN-ə istinadən xəbər verir ki, səfirə etiraz notası təqdim edilib. Məlumata görə, Ermənistan tərəfinin narazılığı Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlıdır.
Read More »İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, aparılan istintaq çərçivəsində İŞİD-ə ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulublar. “İstanbulda yaşayan 8 şübhəli şəxsin topladıqları pulları terror təşkilatına ötürülməsi üçün Adanadakı Ramazan Ç. adlı şübhəliyə çatdırdıqları müəyyən edilib. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar