Rusiyanın Tula vilayətində hərbi hospitalın yerləşdiyi binada yanğın baş verib, 57 nəfər təxliyə edilib. Xəsarət alan olmayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Tula vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb. “Yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binasında yanğın baş verib. Hadisə yerində Tula vilayəti Fövqəladə Hallar Nazirliyinin briqadaları işləyir. 57 nəfər təxliyə edilib. Ölən və ya …
Read More »Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb
İran əsilli Almaniya vətəndaşı Nahid Təqəvi İslam Respublikasında həbsdən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Nahid Təqəvinin qızı Məryəm Klaren instaqram səhifəsində paylaşıb. Məryəm Klaren yazıb: “Anam, nəhayət evə gəldi”. Məlumata görə, Almaniya vətəndaşı olan 69 yaşlı Nahid Təqəvi 2019-cu ilin oktyabrında Tehrandakı evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ümumilikdə min saatlıq istintaq zamanı ona 80 sual …
Read More »Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
“Komi Daily” Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən terrorist təşkilat kimi tanınmış ilk media qurumu olub. Boyukmillet com xəbər verir ki, bu barədə Forbes məlumat verir. FTX “Komi Daily”ni noyabr ayında Rusiya Ali Məhkəməsi tərəfindən terrorist təşkilat kimi tanınmış “Post-Rusiya Azad Dövlətlər Forumu”nun struktur bölmələrindən biri sayır. Buna baxmayaraq, “Komi Daily” forumla əlaqəsini inkar edir. “Komi Daily”nin saytı “LGBT” (“Beynəlxalq LGBT İctimai Hərəkatı” ekstremist …
Read More »Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub
Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub. “Report”un əldə etdiyi məlumata görə, diplomatın gələn ay Bakıya gələcəyi və fevraldan vəzifəsinin icrasına başlayacağı gözlənilir. Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.
Read More »Türkiyə Ordusu İraqda 11 terrorçu öldürüb
Türkiyə Ordusu İraqın şimalında növbəti əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” hesabında məlumat yayıb. Bildirilib ki, İraqın şimalındakı Hakurk, Metina və Qara bölgələrində müəyyən edilən 11 PKK terrorçusu öldürülüb.
Read More »Ərdoğan Azərbaycana yeni səfir təyin edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub. Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub. Prezidentin qərarına görə əsasən xarici işlər nazirinin müavini və Türkiyənin bir sıra ölkələrdəki səfirliklərinə də təyinatlar olub. Belə ki, Zeki Levent Gümrükçü …
Read More »Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın ikinci prezidenti Robert Koçaryanın cinayət işinə baxan və sonradan vəzifəsindən kənarlaşdırılan hakim Anna Danibekyanın müraciətini alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd olunub ki, AİHM müraciətə prioritet qaydada baxacaq. Daha əvvəl Ermənistanın Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan hakimin Koçaryanın işi üzrə məhkəmə prosesini qəsdən uzatdığına görə vəzifəsindən kənarlaşdırıldığını …
Read More »Ermənistan hökuməti Aİ-yə daxil olma prosesinə başlanmasına dair qanun layihəsini təsdiq edib
Paşinyan bildirib ki, ölkənin quruma üzvlüyülə bağlı son qərar ümumxalq referendumunda verilməlidir Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiqlədiyi bildirilir. Layihə parlamentin müzakirəsinə göndərilib. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan qanun layihəsinin Milli Assambleyaya (Ermənistan parlamenti) təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, son illər Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik münasibətlər …
Read More »Türkiyə Ordusu Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib
Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatının yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb. “Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib”, – məlumatda bildirilib. Qeyd edilib ki, Ankara bütün …
Read More »Aktauda baş verən aviaqəzanın təhqiqatı üzrə komissiyanın 17 eksperti Braziliyadan Qazaxıstana qayıdır – EKSKLÜZİV
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qəzasını araşdıran komissiyanın ekspertləri bu günlərdə Braziliyadan “qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya qayıdacaqlar. Bu barədə “Report”un Qazaxıstan bürosunun sorğusuna cavab olaraq Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib. “Komissiya üzvləri Qazaxıstana qayıdırlar. Qazaxıstan, Azərbaycan və Rusiyanın nümayəndələrindən ibarət 17 beynəlxalq ekspertimiz var. Onlar Braziliyaya getmişdilər. Gəldikdən sonra ekspertlər dərhal “qara qutu”ların deşifrə edilmiş məlumatlarının …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar