Çərşənbə , 14 May 2025

Region

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqladı

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb.  “Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan Ermənistan rəhbərliyinin mövqeyi ucbatından Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır”. Musavat.com xəbər verir ki, bunu martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib. “Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum, bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, açığını desəm, son …

Read More »

Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq…

Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalına hücum edən terrorçuları məhkəmə tərəfindən təqsirli bilindikdən sonra son dərəcə ağır həbs şəraiti gözləyir. Bu barədə Moskva İctimai Monitorinq Komitəsinin məsul katibi Aleksey Melnikov məlumat verib. Onun sözlərinə görə, terrorçular ömürlərinin qalan hissəsini övladlarını görmədən keçirəcəklər: “Terror aktı törədənləri yaxşı heç nə gözləmir. Ömürlərinin sonuna qədər onlar tabut kimi yerdə – 4-6 …

Read More »

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

“Putin bildirib ki, Rusiya heç bir halda NATO ölkələrinə hücum etmək fikrində deyil. Bununla bağlı bir çox nəşrlər yalan yazdı, bunlar Qərb ölkələrinin cəmiyyətini aldatmaq cəhdidir. Rusiya ancaq Qərb dövlətləri Rusiyaya hücum edəcəyi təqdirdə cavab verə bilər”. Bu sözləri rusiyalı politoloq Sergey Markov deyib. “Ən real yol isə odur ki, əgər F-16 təyyarələri Rusiyaya qarşı müharibə üçün NATO-ya üzv ölkələrin …

Read More »

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti”ni tanımır

Ermənistan mühacirətdə olan hər hansı “Dağlıq Qarabağ hökuməti”ni tanımır. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. O deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar: “Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Xarici qüvvələrin …

Read More »

Ukrayna hərbi kəşfiyyatının rəisi: Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi

Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi. “Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən bildirib. “Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”, – Ukraynanın hərbi kəşfiyyat rəisi vurğulayıb. Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat …

Read More »

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki yaşayış ərazisinə atəşə tutması nəticəsində bir nəfər ölüb, 19 nəfər yaralanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski feysbukda bildirib. Hazırda bir nəfərin öldüyü, 19 nəfərin yaralandığını vurğulayan Prezident Zelenski xəsarət alanlar arasında iki azyaşlının olduğunu açıqlayıb: “Aralarında uşaqların da olduğu azı 19 nəfər xəsarət alıb: 2022-ci il təvəllüdlü qız, 2023-cü il təvəllüdlü oğlan. …

Read More »

“Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayı 140-a çatıb

“Crocus City Hall”da baş verən terror aktında yaralanan bir nəfər tibb müəssisəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib. “Crocus City Hall”da terrorda zərərçəkən 80 nəfər, o cümlədən 6 uşaq federal tibb mərkəzlərində, Moskva və Moskva vilayətində xəstəxanalardadırlar. Təəssüf ki, terror aktında yaralanan bir nəfər ölüb, həkimlər mümkün olan hər şeyi ediblər”, – …

Read More »

Türkiyənin Almaniyadakı konsulluğuna hücum olub – VİDEO

Almaniyanın Aşağı Saksoniya əyalətinin Hannover şəhərində Türkiyənin Baş Konsulluğu terror təşkilatı tərəfdarları tərəfindən daşla hücuma məruz qalıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum edənlər əllərinə gələni konsulluq binasına atıb, daha sonra hadisə yerindən qaçıblar. Daha öncə Belçikada PKK tərəfdarları küçələrə çıxaraq Türkiyə vətəndaşlarına məxsus iş yerlərinə və Ülkü karxanasının binasına hücum ediblər. Terror tərəfdarları onlara qarşı edilən bu hücumlara …

Read More »

Gürcüstan-Ermənistan sərhədinə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb

Gürcüstan-Ermənistan sərhədinə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb. “Report”un yerli bürosu xəbər verir ki, buna səbəb qar fırtınası və görüntünün zəifləməsi olub. Məhdudiyyət Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110-cu km-dədir (Paravani aşırımı). Həmin marşrutun 110-147-ci km-də ağır yük və oturacaq yeri 22-dən çox olan avtomobillərin keçidi qadağan edilib.

Read More »

Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib, 17 nəfər saxlanılıb

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib. Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb. Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.

Read More »