Çərşənbə , 18 Fevral 2026

Region

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb

Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri Andrey Sibiqa Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişini geri çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Ukrayna səfirləri və baş konsulları ilə görüş keçirdiyini bildirib və bunu “çox səmimi və məzmunlu dialoq” adlandırıb. A.Sibiqa qeyd edib ki, ilk kadr qərarları verilir, XİN strukturunda və səfirliklərin ştat cədvəlində …

Read More »

İraqın şimalında PKK-nın 21 mövqeyi dağıdılıb, çox sayda terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 21 mövqeyini dağıdıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin havadan endirdiyi zərbələr nəticəsində İraqın şimalında yerləşən Metina, Qara, Hakurk və Kandil bölgələrində terrorçuların 21 mövqeyi dağıdılıb, çox sayda terrorçu öldürülüb.

Read More »

Ukrayna Prezidenti Almaniyada yerləşən ABŞ-nin aviabazasına gedib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak etmək üçün ABŞ-yə məxsus Ramşteyn aviabazasına gedib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Mən qrupun iclasında iştirak edəcəyəm, ABŞ və Almaniyanın müdafiə nazirləri Lloyd Ostin və Boris Pistorius ilə görüşəcəyəm. Almaniya Kansleri Olaf Şoltsla ayrıca danışıqlar aparacağam”, – paylaşımda qeyd edilib. …

Read More »

Zelenski Qərbdən ölkəsini yenidən silahla təchiz edilməsini xahiş edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 6-da Almaniyada ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb. Bildirilib ki, V.Zelenski Qərb tərəfdaşlarına ölkəyə yenidən silah tədarük edilməsi xahişi ilə müraciət etmək niyyətindədir. Xüsusilə söhbət uzaqmənzilli raketlərin və əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükündən gedir. Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qatılacağı …

Read More »

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni təsdiqləyib

Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. Qərarın layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin …

Read More »

Zelenski: Rusiyanın Lvova hücumları nəticəsində 5 nəfər ölüb

Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 5 nəfər ölüb, 30 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Rusiya raketləri şəhərlərimizə və xalqımıza qarşı. Hazırda Lvova hücum nəticəsində 5 nəfər ölüb, onların arasında 14 yaşlı qız da var. 30-dan çox insan yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına …

Read More »

Türkiyədə “Narkoçelik-37” əməliyyatı nəticəsində 227 şübhəli saxlanılıb

Türkiyənin 42 əyalətində keçirilən “Narkoçelik-37” əməliyyatı nəticəsində narkotik maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən 227 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatda 567 ekipaj, 1 418 şəxsi heyət üzvü, 12 aviasiya qurğusu və 37 detektor it iştirak edib. Nazir bildirib ki, əməliyyat nəticəsində 479 …

Read More »

Ərdoğan Kazanda keçiriləcək BRİCS sammitində iştirak dəvətini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Kazanda keçiriləcək BRİCS sammitində iştirak dəvətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb. “Təklif Türkiyə tərəfinə çatdırılıb, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan onu qəbul edib”, – o vurğulayıb. Kremlin mətbuat katibi Dmitri Peskov isə bir gün əvvəl bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin …

Read More »

Səfir: ABŞ və Türkiyə NATO daxilindəki əməkdaşlığı birlikdə gücləndirib

ABŞ və Türkiyə NATO daxilindəki əməkdaşlığı birlikdə gücləndirib. Boyukmillet.com xəbər verir ki, bunu Ankaradakı fəaliyyət müddəti başa çatan ABŞ səfiri Ceff Fleyk videomüraciətində deyib.O bildirib ki, ötən illər ərzində ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə daha da gücləndirilib: “F-16-ların Türkiyəyə satışı, Finlandiya və İsveçin NATO-ya üzvlüyü kimi strateji əhəmiyyətli məsələlərdə ciddi irəliləyiş əldə olundu. Həmçinin, Ukraynaya verdiyimiz birgə dəstək də son dərəcə …

Read More »