Cümə , 13 Fevral 2026

Region

Gürcüstan parlamentinin komitə sədri: İrəvanla Bakı arasında normallaşma prosesinə töhfə verməyə hazırıq

Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin qanunverici orqanının Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib. Tərəflər regional məsələləri, eləcə də ikitərəfli gündəliyi müzakirə edib, strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər.

Read More »

KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır

Mərkəzi Asiya regionunda və Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır. Boyukmillet.com xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov brifinqdə deyib. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda vəziyyət Qərbin burada öz təsirini artırmaq istəyi və nizamlanmamış ərazi problemlərinə görə mürəkkəbdir: “Mərkəzi Asiya regionunda beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması …

Read More »

Türkiyə beş ildən sonra Aİ XİN başçılarının iclasına dəvət olunub

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, Türkiyə beş ildən sonra ilk dəfə Aİ XİN başçılarının iclasına dəvət edilib. H.Fidanın dəvət qəbul etdiyi və toplantıya gedəcəyi bildirilir. Bu addım Aİ-nin Ankara ilə dialoqu bərpa etmək cəhdi kimi qiymətləndirilir. H.Fidan …

Read More »

Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu müxalifəti maliyyə mənbələrini gizlətməkdə ittiham edib

Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu müxalifəti maliyyə mənbələrini gizlətməkdə ittiham edib. Boyukmillet.com xəbər verir ki, bu barədə büro məlumat yayıb. Məlumatda “Avropa Gürcüstanı”, “Agmashenebeli Strategy”, “Vahid Milli Hərəkat”, “Qirçi – daha çox azadlıq”, “Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq Naminə”, “Azadlıq Meydanı” və “Vətəndaşlar” partiyalarının birliyi), “Droa” “Axali” partiyalarının adı çəkilib. “Onların seçki kampaniyaları və fəaliyyəti xarici donor təşkilatları və …

Read More »

KİV: Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina edib

Suriyadakı Bəşər Əsəd hakimiyyəti Türkiyə ilə dialoqdan imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, B.Əsəd dialoq üçün şərtlər irəli sürüb. O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib. Qeyd edək ki, daha əvvəl B.Əsədin Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyi barədə məlumat yayılmışdı.

Read More »

Azərbaycanın təyyarəsi Türkiyədə yanğınlarla mübarizə tədbirlərini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. Boyukmillet.com xəbər verir ki, ötən gün ərzində təyyarə Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Read More »

Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb. Nazirlikdən bildirilib ki, ən son terrorçu öldürülənə qədər mübarizə davam edəcək.

Read More »

Türkiyədə silahlı hücuma məruz qalan deputat ölüb

Türkiyədə silahlı hücuma məruz qalan Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Can Ekiciler öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, o, müalicə aldığı xəstəxanada ölüb. Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü idi. Qeyd edək ki, sabiq deputat avqustun 18-də silahlı hücuma məruz qalıb. Xatırladaq ki, 1993-cü il təvəllüdlü M.C.Ekiciler Türkiyə siyasətində kifayət …

Read More »

Türkiyəni Zəngəzur dəhlizinə bağlayacaq layihə hazırlanır

Türkiyəni Zəngəzur dəhlizinə bağlayacaq layihə hazırlanır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Kayseri sürət qatarı ilə bağlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Kars-Iğdır-Dilucu sürət qatarı vasitəsilə Zəngəzur dəhlizi ilə əlaqə təmin olunacaq: “Hazırda bu istiqamətdə işlər gedir”.

Read More »