Ermənistan hesab edir ki, Türkiyə ilə diplomatik münasibətlər qurmağın vaxtıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ermənistan tərəfi həmçinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün də sərhədi açmağa hazırdır.
Read More »İran həmkarlar təşkilatından prezidentliyə namizədlərə çağırış: Fəhlələrlə bağlı proqramlarınızı təqdim edin
İran Həmkarları Ali Konfederasiya Şurası prezidentliyə namizədlərdən fəhlələrlə bağlı proqramlarını təqdim etmələrini istəyib. Boyukmillet.com xəbər verir ki, şuranın başçısı Sami Cülpur bu barədə məktub yayıb. Bildirilib ki, 30 maddədən ibarət məktubda fəhlələrin həyat və iş şəraitinin yaxşılaşdırılması, sığorta olunması, məşğulluq, əmək haqqı və qadın işçilərin hüquqlarının ədalətlə tənzimlənməsi, pensiyaçılar üçün yaşayış şəraitinin real bərabərləşdirilməsi, işçilərin mənzillə təmin olunması, müqavilələrin imzalanmasında …
Read More »Türkiyənin iki vilayətində meşə yanır
Türkiyənin Adıyaman vilayətində meşə yanır. Boyukmillet.com xəbər verir ki, yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir. Hadisənin səbəbi məlum deyil. Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi üçün 4 təyyarə, 3 helikopter, 10 su tankeri, 2 su təchizatı tankeri və 2 buldozer cəlb olunub. Hazırda hər iki yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir. Qeyd edək ki, …
Read More »Ermənistan Fələstinin müstəqilliyini tanıyıb
Ermənistan Fələstinin müstəqilliyini tanıyıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz hər zaman Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik”, …
Read More »Gürcüstanın səhiyyə nazirinə yeni müavin təyin edilib
Gürcüstanın səhiyyə nazirinə yeni müavin təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə nazirliyi məlumat yayıb. Yeni müavin Giorgi Tsaqareişvili 2022-ci ildən bu günə qədər Gürcüstan parlamentinin onuncu çağırış deputatı və “Gürcü arzusu” fraksiyası sədrinin birinci müavini olub. Bu illər ərzində o, Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin, Hüquq Məsələləri və Avropa ilə İnteqrasiya Komitəsinin üzvü olub.
Read More »Ermənistan TŞ-nin katibi Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə ikitərəfli münasibətləri müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb. “İyunun 19-da katib Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Fransa Xarici İşlər Nazirliyinin Kontinental …
Read More »Ukraynanın Azərbaycandakı səfiri serbiyalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev və serbiyalı həmkarı Draqan Vladisavlyeviç ölkələri arasında əməkdaşlığı müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ukraynalı diplomat sosial şəbəkədə bildirib. “Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviçlə görüşdüm. Ukrayna –Serbiya əməkdaşlığı, xüsusən də bir-birimizi dəstəkləmək məsələlərini müzakirə etdik”, – Ukrayna missiyasının rəhbəri qeyd edib.
Read More »Ermənistan Fransadan 36 “Caesar” özüyeriyən silah alıb
Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb. “Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, – Buisson qeyd edib. İrəvan və Parisin “Caesar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı. Qeyd …
Read More »Türkiyə ordusu İraqın şimalında daha üç terrorçunu öldürüb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pençe-Kilid” əməliyyatı bölgəsində aşkarladıqları 3 PKK terrorçusunu öldürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək”, – məlumatda qeyd edilib.
Read More »Ermənistan və Fransa CAESAR haubitsalarının tədarükünə dair müqavilə imzalayıb
Ermənistan və Fransa ikincinin istehsalı olan CAESAR özüyeriyən haubitsaların tədarükünə dair müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb. “Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının tədarükü yeni mühüm mərhələdir”, – paylaşımda deyilir. Qeyd edək ki, CAESAR – …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
