Cümə axşamı , 2 Aprel 2026

Region

Ermənistanda Kuba vətəndaşı döyülərək öldürülüb

Ermənistanın paytaxtı İrəvanda Kuba vətəndaşı 39 yaşlı Enrike Mauris Ramires döyülərək ağır xəsarətlər alıb. Boyukmillet.com xəbər verir ki, o, iyunun 25-də tibbi yardım üçün müraciət edib. Qeyd edilir ki, Kuba vətəndaşı müalicə aldığı xəstəxanada ölüb. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Read More »

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarır

Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Səfirə Moskvanın Rumıniya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarı barədə məlumat verilib. “Bu tədbir Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını “arzuolunmaz şəxs” elan etməsi ilə bağlı əsassız qərara cavabdır”, – məlumatda vurğulanıb.

Read More »

Rusiya ATƏT PA-da iştirakını dayandırıb

Rusiya Dövlət Duması və Federasiya Şurası bu ölkənin Federal Məclisi nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) işində iştirakının dayandırılması ilə bağlı bəyanat qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. “Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının, habelə Rusiyanın ATƏT PA-nın büdcəsinə ödənişlərin dayandırılmasını əsaslı …

Read More »

Macarıstanın Baş naziri Ukraynada səfərdədir

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün bu gün səhər saatlarında Ukraynaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib. “Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır”, – o qeyd edib. Onun sözlərinə görə, V.Orban və V.Zelenski Macarıstan-Ukrayna ikitərəfli münasibətlərin aktual məsələlərini də müzakirə edəcəklər.

Read More »

Xaməneinin müşaviri: İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran “Hizbullah”ı müdafiə edəcək

İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran bütün gücü ilə “Hizbullah”ı müdafiə edəcək. Boyukmillet.com xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri, beynəlxalq münasibətlər üzrə strateji şuranın başçısı Kamal Xərrazi “Finansial Times”ə müsahibəsində bildirib. “Belə bir şəraitdə bizim “Hizbullah”ı bütün vasitələrlə dəstəkləməkdən başqa seçimiz qalmayacaq”, – deyə o qeyd edib. Onun sözlərinə görə, bütün livan xalqı …

Read More »

Aİ liderlərinin bəyanatı: Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi de-fakto dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi de-fakto dayanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitinin yekunlarına dair bəyanatda deyilib. Avropa Şurası Gürcüstanda baş verən son hadisələrlə bağlı “ciddi narahatlıq” ifadə edib. Eyni zamanda, qəbul edilmiş “Xarici agentlər haqqında” qanun Avropa Komissiyasının Aİ üzvlüyünə namizəd statusunun əldə edilməsi ilə bağlı tövsiyələrində göstərilən addımlardan yayınma adlandırılıb. “Avropa …

Read More »

İranda növbədənkənar prezident seçkiləri keçirilir

İranda növbədənkənar prezident seçkiləri üçün səsvermə başlayıb. Boyukmillet.com xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) açılıb. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır. İran Konstitusiyasının Keşikçilər Şurası əvvəlcə altı siyasətçinin ərizəsini təsdiqləsə də, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra Tehran meri Əlirza Zəkani də …

Read More »