Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir ki, o, pakistanlı həmkarı ilə görüşəcək. Tərəflərin ikitərəfli və regional məsələləri müzakirə edəcəkləri bildirilib. Səfər 2 gün davam edəcək.
Read More »Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq
Krım tatarlarının pozulan hüquqları hələ də bərpa olunmayıb. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin Krım Tatar Türk xalqının 1944-cü il mayın 18-də sovet hakimiyyəti tərəfindən sürgün edilməsinin 80-ci ildönümü ilə bağlı yaydığı bəyanatda əks olunub. “80 il əvvəl, bu gün yüz minlərlə Krım tatarı ana vətənlərindən zorla çıxarılaraq müxtəlif ölkələrə sürgün edilib, qeyri-insani davranışlara məruz qalıblar. Nəticədə aralarında …
Read More »Ermənistan və Niderlandın XİN başçıları Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Niderlandın xarici işlər naziri Hanke Bröyns Slotla görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması və sülh danışıqlarını müzakirə edib. A.Mirzoyan niderlandlı həmkarına mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlardan sonra sülh prosesinin davam etdirilməsi ilə bağlı İrəvanın yanaşmalarını təqdim edib. Ermənistan XİN başçısı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında …
Read More »Rusiya MN-in Kadrlar Baş İdarəsinin rəisi saxlanılıb
Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib. “General-leytenant Kuznetsov cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq müstəntiq general barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib”, – agentliyin həmsöhbəti açıqlayıb. Eyni …
Read More »İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Ermənistanın paytaxtında hazırda Xorenatsi küçəsi, Tiqran Mets və Azatutyan prospektləri bağlanıb. Etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər. Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət …
Read More »Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb. Daha əvvəl T.Urixanyan İrəvan Ağsaqqallar Şurasına seçilib. Sonra onun səlahiyyətlərinə xitam verilib, çünki 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılıb.
Read More »Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
Ermənistan polisi Eçmiədzində (Üçkilsə) silah-ursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Eçmiədzinə səfər edəcək, yerli sakinlərlə görüşəcək. Polis hökumət başçısının səfəri zamanı potensial etirazçıları da saxlayıb. Ümumerməni katalikosu II Qaregen iqamətgahı Eçmiədzindəki kilsədədir.
Read More »İranlı kinorejissor 8 il həbs, şallaq, cərimə və əmlakının müsadirəsi ilə cəzalandırılıb
Məhkəmənin qərarına görə, Rasoulofun filmləri İran hakimiyyətinə qarşı yönəlib İslam İnqilab Məhkəməsinin iranlı kinorejissor Mohammad Rasoulofu səkkiz il həbs, həm də şallaq, cərimə və əmlakının müsadirəsi ilə cəzalandırdığı bildirilir. Bu barədə kinorejissorun vəkili Babək Paknia “X” hesabında məlumat verib. Vəkilin sözlərinə görə, hökmə Rasoulofun ictimai açıqlamaları, habelə çəkdiyi bədii və sənədli filmlər səbəb olub. Məhkəmənin fikrincə, Rasoulofun filmləri İran hakimiyyətinin təhlükəsizliyinə …
Read More »Ermənistan prezidenti: Qonşu ölkələrlə mehriban münasibətlər qurmaqda qətiyyətliyik
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ilə görüşündə ölkəsinin qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaqda qətiyyətli və birmənalı mövqeyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin aparatı məlumat yayıb. O qeyd edib ki, bunun təsdiqi hazırda Ermənistanla Azərbaycan arasında aparılan sərhədlərin demarkasiyası prosesidir. Bundan başqa, tərəflər regional və qlobal hadisələr, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. …
Read More »Erməni din xadimi: Koçaryanın baş nazir postuna namizədliyi müzakirə olunmayıb
“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirə etmədiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortaya atıblar. Keçmiş Ombudsman …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar