Rusiya, ehtimal ki, Ukraynadakı əməliyyatlar üçün qoşunların təchiz edilməsi, yerləşdirilməsi və saxlanması üçün 211 milyard dollara qədər (19,5 trilyon rubl) xərcləyib. Boyukmillet.con xəbər verir ki, bu barədə “Reuters” agentliyi adını açıqlamadığı Pentaqon rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Moskva münaqişə nəticəsində 1,3 trilyon dollar (120 trilyon rubl) itirəcək. Kiyevə yardımın göstərilməsinin zəruriliyi ilə bağlı Konqresdəki müzakirələrdə danışan şəxs bildirib: …
Read More »İstanbul turizmdə rekord vurdu – FOTO
Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul 2023-cü ildə 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekordunu vurub. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, İstanbula gələn əcnəbilərin sayı əvvəlki ilə nisbətən 8.44% artıb. 2023-cü ildə İstanbula ən çox xarici ziyarətçi sayına əsasən Rusiya Federasiyası 1 milyon 990 min 226 …
Read More »Türkiyədə batan karqo gəmisi tapılıb
Türkiyənin Marmara dənizində batan karqo gəmisi tapılıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib. Qeyd olunub ki, gəmi dənizin 51 metr dərinliyində aşkarlanıb. Axtarış-xilasetmə tədbirləri davam edir. Gəmidəki insanlar barədə hələ ki məlumat yoxdur. Qeyd edək ki, gəmi fevralın 15-də əlverişsiz hava şəraiti səbəbindən batıb. Batan gəmidə altı nəfərin olduğu bildirilir.
Read More »Ermənistanda külli miqdarda saxta dollar satan cinayətkar qrup aşkarlanıb
Ermənistanda külli miqdarda saxta valyuta alveri ilə məşğul olan cinayətkar qrup aşkarlanıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə İstintaq Komitəsi xəbər yayıb. Komitənin Dərələyəz mahalı (dəyişdirilmiş adı “Vayots dzor”) üzrə istintaq idarəsində polislə birgə aparılan istintaq zamanı satış məqsədi ilə külli miqdarda saxta valyutanın əldə edilməsi, saxlanması və daşınması faktı aşkarlanıb. Məlum olub ki, İrəvan sakini satmaq məqsədi ilə digər paytaxt …
Read More »Xəzər dənizində Rusiyanın sərnişin gəmisi batıb
Xəzər dənizində Rusiyanın göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmisi batıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə zamanı iki nəfər itkin düşüb. “İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər …
Read More »Türkiyə və Gürcüstan XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı son durumu müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlərin görüşündən sonra keçirdikləri mətbuat konfransında H.Fidan deyib. “Regionda ən yaxın gələcəkdə sabitliyin bərpası, konstruktiv mühitin təmin olunması barədə arzumuzu, mövqeyimizi ifadə etdik”, – o söyləyib.
Read More »Türkiyə Prezidenti Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Qəzzada qan axması hələ də dayanmayıb: “İsrailin hücumları davam edir. Sülh çağırışları ABŞ-nin mənfi təsirləri nəticəsində nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, …
Read More »Ərdoğan İraqın şimalındakı yerli hakimiyyətə xəbərdarlıq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kürdüstan Regionunun rəhbərliyinə PKK terror qruplaşması və onun qollarına dəstəklə bağlı xəbərdarlıq edib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı həmin ərazidə terror qruplaşmalarının yeni təşkilatlanma hallarının müşahidə edildiyini bildirib. Misirdən rəsmi səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan söyləyib ki, İraqın şimalındakı yerli hakimiyyətə əvvəllər də dəfələrlə xəbərdarlıq ediblər: …
Read More »Ermənistan ordunu Rusiyanın təsirindən uzaqlaşdırmağa və NATO kadrlarını cəlb etməyə çalışır
Ermənistan silahlı qüvvələrinin sıralarında yeni kadr dəyişikliklərinin əsas məqsədi “Rusiya məktəbi” keçmiş və Moskvanın təsiri altında olan kadrlardan xilas olmaqdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Bildirilib ki, Ermənistan hakimiyyəti kadr dəyişikliyinin uzun müddət əvvəl planlaşdırıb: “Amma İrəvan fevralın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlikdən istifadə edərək ictimaiyyətin diqqətini kadr dəyişikliklərinin əsas mahiyyətindən yayındırıb”. “Lakin reallıqda …
Read More »Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub, yaşayış evlərinə ziyan dəyib
Ukraynanın Lvov şəhərinin Rusiya hərbçiləri tərəfindən raket atəşinə tutulması nəticəsində yaşayış binalarına ziyan dəyib, pəncərələrin şüşələri sınıb. Boyukmillet.com “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Lvov şəhərinin başçısı Andrey Sadovoy bildirib. Onun sözlərinə görə, raketlərin bəziləri şəhərə düşüb. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur. Bildirilib ki, fevralın 15-də saat 5 radələrində Murmansk vilayətindəki Olenya hərbi aerodromundan altı “Tu-95” strateji …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
