Şənbə , 11 May 2024

Xarici siyasət

Ərdoğan İlham Əliyevi Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə görə təbrik edib

Avqustun 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməri məlumat yayıb. Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlət başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb. Dövlət başçısı, öz növbəsində, öz adından …

Read More »

Türkiyə XİN Fransa Prezidentinə cavab verib

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Türkiyəni hədəf alan çıxışı ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, nazirliyin sözçüsü Tanju Bilgiç Fransa Prezidentinin Əlcəzairə səfəri zamanı bəzi ölkələrlə birgə Türkiyəni də hədəf alan çıxışının son dərəcə təəssüf doğurduğunu açıqlayıb: “Əlcəzair başda olmaqla Afrikada müstəmləkə keçmişi ilə üzləşməkdə çətinlik çəkən Fransa Prezidenti Makronun digər ölkələri, o cümlədən ölkəmizi …

Read More »

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı …

Read More »

Türkiyə XİN Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb. Bu barədə Türkiyə XİN-dən məlumat verilib. “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapan müddəalara uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik. Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, …

Read More »

Deputat: “İranda ermənilərə hər cür şərait yaradılıb, azərbaycanlılar isə sıxışdırılır”

“Azərbaycan həmişə İranla münasibətlərin qorunmasında maraqlı olub və əlaqələrin inkişafı üçün davamlı səylər göstərib. Amma həm Birinci, həm də İkinci Qarabağ müharibəsi vaxtında İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib. “. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O deyib ki, Azərbaycan yenə də İranla hər zaman səmimi və dostluq münasibətləri qurmağa çalışıb: “Hətta …

Read More »

KİV: “Qazaxıstan Prezidentinin Azərbaycana səfəri əlaqələrə yeni təkan verəcək”

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri tarixi hadisədir”. Boyukmillet.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov bildirib. Onun sözlərinə görə, bu, Tokayevin dövlət başçısı kimi Azərbaycana ilk səfəridir: “Həm Kasım-Jomart Tokayev, həm də Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər müxtəlif forum və sammitlərdə görüşüblər. Lakin bu, ilk belə ikitərəfli …

Read More »

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da …

Read More »

KİV: Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının nümayəndələri avqustun 30-da görüşəcəklər

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib. Vurğulanıb ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər. Qeyd edək ki, daha əvvəl görüşün Moskvada keçiriləcəyi barədə məlumat verilmişdi.

Read More »

İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.

Read More »