Doğma Azərbaycanımızda dost, qardaş Kuzey Kıprızın ADA televiziya kanalı üçün yeni proqram hazırlanır. Boyukmillet.com xəbər verir ki,”Görüş Zamanı” adlanan verilişin hazırlanmasında məqsəd Azərbaycanımızı sərhədlərdən uzaqlarda tanıtmaqdır. Bunun üçün verilişimizin hər sayında Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixini, ədəbiyyatını, məşhur insanlarını – alimləri, sənətkarları, çempion idmançıları, millət vəkillərini, həkimləri, vətənpərvər insanları – şəhidləri, qaziləri, milli qəhrəmanları, bir sözlə nümunə ola biləcək hər bir …
Read More »Yearly Archives: 2022
Azərbaycan icması şotlandiyalı deputatlara etiraz məktubu göndərib
Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrison Şotlandiya Milli Partiyasını (ŞMP) təmsil edən bəzi deputatların İcmalar Palatasında Azərbaycana qarşı fikirlərinə etirazını bildirib. N.Morrison Azərbaycan icması adından İcmalar Palatasında ŞMP lideri Yan Bləkforda və digər deputatlara ünvanladığı müraciətdə bildirib ki, bu qərəzli fikirlər soydaşlarımızı narahat edir və təəssüf ki, belə hal ilk dəfə baş vermir: “ŞMP deputatlarının …
Read More »Azərbaycan və Özbəkistan enerji əməkdaşlığına dair Yol Xəritəsini müzakirə edib
Azərbaycan və Özbəkistan enerji əməkdaşlığına dair Yol Xəritəsinin icrasını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində Özbəkistan energetika nazirinin birinci müavini – nazir vəzifəsini icra edən Azim Ahmedxacayev ilə görüşü zamanı bildirib. Görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair …
Read More »Cəbrayılda qanunsuz ov edən şəxs saxlanılıb
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən Qubadlı rayon sakini Ş.Qəhrəmanov aşkarlanaraq saxlanılıb. Boyukmillet.com xəbər verir ki, həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb. Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.
Read More »Prokuror MTN generalına cəza istəyib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun 12 il, və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və MTN-də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun hər birinin isə 11 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə …
Read More »Azərbaycandan xarici ölkəyə qanunsuz pul köçürənlər 5 il həbs ediləcək
Azərbaycandan xarici ölkələrə qanunsuz pul köçürmə fəaliyyəti ilə məşğul olan şəxslər 5 il müddətinə azadlıqdan məhrum ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklikdə əksini tapıb. Dəyişikliklə məcəlləyə yeni 206-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti …
Read More »Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstana rəsmi səfərə gedib
Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır
Read More »Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə H.Hacıyev məlumat verib. “Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qaydada məlumat …
Read More »“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək
“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. İnşa müsabiqəsi Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında baş tutacaq. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. Müsabiqənin hər iki mərhələsi kompüter …
Read More »PA rəsmisi: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır”
“Beyin mərkəzləri dövlətin gələcək idarə edilməsi strategiyasının tərkib hissəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, beyin mərkəzləri proqnozlar verir, gələcəyin mümkün ssenarisini hazırlayır: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır. Bu beyin mərkəzləri üçün yeni çağırışdır. Analitik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar