Çərşənbə , 8 Aprel 2026

autor

İlham Əliyev İrəvanda qələbələrini Azərbaycana həsr etmiş Türkiyə atletlərini təltif edib

Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif edilib. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilirlər: Cansu Bektaş Qamze Altun Nuray Güngör.

Read More »

CÜTLÜK CİNAYƏTKARIN BİRGƏ Azərbaycan Xalqına Xəyanəti!

Bundan əvvəlki yazımda bildirmişdim. Azərbaycan Yerüstü Nəqliyyat Agentıiyinin sədri ANAR RZAYEV DÖVLƏTƏ xəyanət edib, faktlarini qeyd etmisdim.İndi isə xalqına xəyanətindən yazım qoy xalq bu rüşvətxor məmuru bir az da yaxindan tanısın.Bildiyimiz kimi bu məmur uzun illər beynəlxalq daşıma şirkətinin rəhbəri olub hal hazırda da 6- ya yaxın şirkətə gizli rəhbərlik edir, qardaşı Ilqar RZAYEV və əmisi oğlu Şahinin vasitəsilə. Dünyanın …

Read More »

Dövlət Taxıl Fondunda məhsulun saxlanılması müddətinə məhdudiyyət qoyulub

Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz …

Read More »

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir. Boyukmillet.com -un xəbərinə görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib. Müzakirə olunan məsələlər aşağıdakılardır: 1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik …

Read More »

Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Boyukmillet.com  xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə …

Read More »

Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!” https://www.instagram.com/firstvicepresidentazerbaijan/?utm_source=ig_embed&ig_rid=1e11ce8e-8c58-431c-bd0b-52d6b834fe01&ig_mid=F464DEB9-FC97-4293-8F4A-484CA19E8800

Read More »

Nərimanov rayonunda 59 yaşlı qadını avtomobil vuraraq ayağını sındırıb

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Əliyeva Zümrüd Ağa qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

“Formula 1”: Bakıda yeddinci yarış bu gün start götürür

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürəcək. Boyukmillet.com xəbər verir ki, ilk gündə birinci sərbəst yürüş və sıralama turu baş tutacaq. Bundan əlavə, “Formula 2″də də sınaq yürüşü ilə yanaşı, təsnifat da gerçəkləşəcək. 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə keçirilib. Sonrakı altı turnir Azərbaycan …

Read More »

Rusiya Ukraynanın mərkəzindəki şəhərə raket zərbəsi endirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərinə, o cümlədən Çerkassı vilayətinə genişmiqyaslı raket hücumu nəticəsində sözügedən regionun Uman şəhərində doqquzmərtəbəli yaşayış evi raket zərbəsinə məruz qalıb. Boyukmillet.com xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdən çoxmərtəbəli yaşayış binasının bir blokunun çökdüyü məlum olur. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Çerkassı vilayət polisinin mətbuat katibi Zoya Vovk raketin yaşayış binasına düşməsi ilə …

Read More »