Audiovizual Şuraya üzvlər təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Xəlilov Aslan Xası oğlu və Məmmədov İsa Rəhman oğlu Audiovizual Şurasının üzvləri təyin edilib.
Read More »Torpaq Məcəlləsi dəyişib
Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, bundan sonra dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən …
Read More »Deputat televiziyaları tənqid edib
“Bu gün televiziya kanallarında əyləndirmə mexanizmləri var, amma klassikanın ictimailləşməsi, klassikanın bizim milli dəyərimizə çevrilməsi baxımından müəyyən boşluqlar var”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov komitənin aprelin 14-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib. “Hesab edirəm ki,Yayım Şurasının üzvlüyünə …
Read More »Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib
Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman …
Read More »ABŞ Ermənistanda Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə çox narahatdır
ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin tviter hesabında paylaşım edilib. “ABŞ məlum videoda əksini tapan Ermənistanda Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə çox narahatdır. Biz Azərbaycanı və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, – deyə paylaşımda bildirilib. Xatırladaq ki, …
Read More »BDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib
Bakı Dövlət Universitetində (BDU) akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Görmə orqanının fiziologiyası və patologiyalar” adlı respublika konfransı keçirilir. Boyukmillet.com xəbər verir ki, konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətlərindən bəhs edib. Rektor qeyd edib ki, bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb …
Read More »Mübariz Qurbanlı: “Əsgərlərimizə işgəncə verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya göstərdi”
“Qeyri-sabit hava şəraiti ilə əlaqədar əsgərlərimizin Ermənistan ərazisinə keçməsi, əsir götürülməsi, onlara işgəncələr verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya növbəti dəfə bəyan etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Ermənistan Xocalıda etdiyi vəhşiliyi bu gün bunu əsgərlərimizin üstündə təkrarlayır: “Nəinki təkrarlayır, həm də dünyaya çəkib göstərir. Bu, qətiyyətlə …
Read More »Azərbaycan nümayəndə heyətinin üzvü: “Bu gün Türkiyə dünyanın ən güclü ölkələrindən biridir”
“Biz ümid edirik ki, mayın 14-də keçiriləcək seçkilərdə qazanılmış uğurların davamına Türkiyə xalqı tərəfindən dəstək nümayiş etdiriləcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İzmirdəki təşkilatında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 20 ildə Türkiyədə baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilib: …
Read More »Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş keçirilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş və mətbuat konfransı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edib. O, turniri keçirmə məqsədlərinə nail olduqlarını söyləyib: “Son mərhələyə yaxınlaşmışıq. Turnirdə 52 komanda mübarizə aparırdı. Qrup, pley-off mərhələlərini keçmişik və artıq 1/4 final mərhələsindəyik. …
Read More »Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası sürətlə davam etdirilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşasını sürətlə davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən yolun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar