Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə olunub. Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təsdiqləyib.
Read More »Azərbaycan və Monteneqro nəqliyyat və innovasiyalar sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycan və Monteneqro nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. Boyukmillet.com xəbər veirr ki, bu məsələ Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Bakıda səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç arasında keçirilən görüşdə müzakirə edilib. “Bu gün ölkəmizdə səfərdə olan Monteneqronun vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə görüşdük. Nəqliyyat və innovasiyalar sahəsində mövcud …
Read More »Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 2 fevral – Gənclər Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com-un xəbərinə görə, paylaşımda deyilir: “Qoy hər bir gəncimiz öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!” https://www.instagram.com/p/CoJ6Xlmqx_m/?utm_source=ig_embed&ig_rid=1cf68089-cddc-47a9-978f-5a1cd71a5126&ig_mid=552D11E2-17A8-4850-A9CF-1D68AF74D200
Read More »AİİB Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazırdır
Azərbaycan beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlığa önəm verir. Boyukmillet.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Konstantin Limitovskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Görüşdə Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə bankın verdiyi dəstək qeyd olunub, …
Read More »AQTA 20 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən edib. Boyukmillet.com xəbər verir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə …
Read More »Xəzər dənizinin gəmilər vasitəsi ilə çirklənməsinin qarşısı alınacaq
Azərbaycan və Qazaxıstan Xəzər dənizinin gəmilər vasitəsi ilə çirkləndirilməsinin qarşısını almaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin əməkdaşları, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə məsul qurum olan “Qazaxıstan su yolları” dövlət müəssisəsinin rəhbərliyi ilə keçirdiyi görüşdə müzakirə …
Read More »Hulusi Akar: “Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq”
“Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, regionda sülh və sabitliyə əlavə töhfə verər: “Qış təlimi-2023” uğurla başa çatdı. Bu təlim Türkiyə ordusunun səviyyəsini göstərir. Təlimlərin belə bir şəraitdə uğurla keçirilməsindən qürur duyuram. Bu, Türkiyə ordusunun …
Read More »Bərdə polis şöbəsində yeni təyinat olub
Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə yeni rəis təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Yusif Məhərrəmov təyin olunub. O, bu təyiata qədər həmin şöbədə müstəntiq vəzifəsində çalışıb.
Read More »ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib
ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviterdə yazıb. O bildirib ki, iclasda səfirliyə hücum məsələsi müzakirə olunub. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu …
Read More »Ekspert: “Azərbaycan Avropa üçün həm də “yaşıl enerji” tədarükü üzrə etibarlı tərəfdaş olacaq”
“Azərbaycan Avropa İttifaqı (Aİ) üçün karbohidrogen tədarükü üzrə olduğu kimi “yaşıl enerji” sahəsində də etibarlı tərəfdaşa çevriləcək”. Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Aİ-nin öz enerji təhlükəsiliyinin təmin olunmasında ölkəmizə verdiyi önəmin bariz nümunəsidir: “Reqiondakı qeosiyasi vəziyyətin gərginləşməsi fonunda enerji təhlükəsizliyi məsələsi Aİ üçün heç …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar