Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Oğul atasını öldürdü

Quba rayonunda qətl hadisəsi törədilib. Boyukmillet.com “Reporta” istinadən xəbər verir ki, hadisə rayonun Rustov kənd inzibati ərazi dairəsinin Sofikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1996-cı Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More »

Ərdoğan: “Şuşaya ailəvi səfər edəcəyik” – VİDEO

“Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”. “HaberGlobal” məlumat verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib. R.T.Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın …

Read More »

QHT.az-ın baş redaktoruna “Beynəlxalq media vəsiqəsi” təqdim edildi

QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadəyə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” verilib.“Beynəlxalq media vəsiqəsi” Azərbaycan Mətbuat Şurasının ofisində ki, BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli tərəfindən təqdim edilib. Qeyd edək ki, Cəsarət Hüseynzadə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin bakalavr, jurnalistika fakültəsini isə magistr pilləsi üzrə bitirib. Tələbə vaxtından …

Read More »

Ombudsmanı iranlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İranın Baş Təftiş Təşkilatının rəhbəri (Ombudsman) Həsən Dərvişyan ilə onlayn formatda görüş keçirib. Boyukmillet.com xəbər verir ki, onlayn görüşdə iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub. Görüş zamanı Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılan minaların səbəb olduğu insan tələfatına diqqət çəkərək …

Read More »

Azərbaycan və İran beynəlxalq nəqliyyat-tranzit dəhlizlərini müzakirə edib

Nəqliyyat, Nabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb. Məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat sahəsindəki əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib, Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, bu istiqamətdə həyata keçirilən …

Read More »

Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsi əbədiləşdirilib

İyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib. Bu barədə “Report”a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, onların adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub. Şəhidlərimizin ruhuna “Quran” oxunub, daha sonra ehsan …

Read More »

Şəkidə uzun müddət istismarda olan qaz xəttləri yenilənir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan, istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri sürətlə davam etdirilir. “Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Şəki şəhərində 47 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış yeraltı qaz xətti Birliyin Təmir-Tikinti idarəsi tərəfindən yeni polietilen boru ilə əvəzlənir. Şəhərin M.Ə.Rəsulzadə prospekti istiqamətində 6 km uzunluğunda müxtəlif diametrli polietilen …

Read More »

Bakıda çalışan müəllimlərin maaşı açıqlanıb

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 702 manat təşkil edir. Qeyd edək ki, cari dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.

Read More »

Keçmiş məhkum saxlanıldı

  Lənkəranda yarımtikilidə narkotik vasitələr aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin şəxsin yaşadığı evin …

Read More »

Əlilliyə səbəb olan bir çox xəstəlik pulsuz müalicə ediləcək

“Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir və hər il ciddi dəyişikliklər nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən …

Read More »