Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış oldu. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verdi. Bildirildi ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə …
Read More »Sabah havanın temperaturu yüksələcək
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 763 mm …
Read More »YAP rəsmisi: “Konstitusiyada edilən dəyişikliklər Türkiyə tarixində yeni səhifə açacaq”
“Aprelin 16-da Türkiyə konstitusiyasında dəyişikliklər edilməsi üçün referendum keçirilməsi bütün dünyanın diqqətində idi. Çünki Türkiyə sıradan bir dövlət deyil, bu gün regionun və dünyanın siyasi proseslərinə ciddi şəkildə təsir edə bilir. Bu baxımdan, həmin ölkənin gələcək strateji yolunu seçməsi dünya dövlətlərinin marağına səbəb olub”.“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, …
Read More »Binəli Yıldırım: İstefa verəcəyəm
İnterpress.az-ın məlumatına görə, Ankarada mitinqdə çıxış edən B.Yıldırım Türkiyənin bu cür sistemə keçidinin mümkün olmadığını deyib. Baş nazir deyib: “Artıq bir şey uydura bilməyənlər indi deyir ki, Türkiyə referendum nəticəsində unitar sistemdən imtina edəcək. Yəni bir mərkəzi hökumət və çoxlu kiçik hökumətlər olacaq. Əgər bu cür sistem yaranarsa,mən partiya sədri və baş nazir olaraq istefa verəcəyəm”. B.Yıldırım federallıq məsələsinin Türkiyə …
Read More »“Məscid yığışıb qərarlar qəbul etmək üçün yer deyil”
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S. Novruzov bildirib ki, bu ərəfədə ara qatmaq istəyən qüvvələr var. “Özümüz də bu məsələlərə ayıq-sayıq yanaşmalıyıq. Jurnalistlər də bu məsələdə diqqətli olmalıdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, oraya gedə bilərsən. Məscidin funksiyası ondan ibarət deyil ki, kimsə …
Read More »Flora Kərimova: “O məni satmayan yeganə varlıqdır”
Səsinin, sənətinin, şəxsiyyətinin heyranı olduğum insandır o… Sevdiklərini ömür qatarında yola salıb, arxasınca baxmağı özünə qadağan edən, dünyanın zalımlığından yorulanda öz hücrəsində belə dincliyi olmayan, yer üzündəki bir itin də ancaq onu tapmasından gileylənən, sonda yerdəkilərdən bezib “gedəcəyəm, göylər məni çağırdı” deyə hayqıran sənətkardır Flora Kərimova… Kim nə deyirdesin, amma xalqın ona olan sevgisi heç vaxt bir damla belə əskilmədi. …
Read More »Şimali Kiprdə FETÖ əməliyyatı: polislər dindirilir
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) polis təşkilatı daxilində FETÖ əməliyyatı başlayıb. Yeniçağ.AzTürkiyə mediasına istinadən xəbər verir ki, Şimali Kipr Polis Təşkilatının mətbuat xidməti qurum daxilində FETÖ terror şəbəkəsi ilə bağlı əməliyyat aparıldığını təsdiqləyib. Mətbuat xidmətinin məsələyə dair açıqlamasında bu ifadələr yer alıb: “Bəzi internet nəşrlərində və sosial şəbəkələrdə ŞKTC Polis Təşkilatı İdarəsinin bir çox vəzifəli əməkdaşlarının Türkiyədəki FETÖ əməliyyatı çərçivəsində …
Read More »Bəşər Əsəd Trampa cavab verdi: “Heyvan özünsən”
İnterpress.az-ın məlumatına görə, Suriya XİN rəhbərinin köməkçisi Ayman Sussan mövzu ilə bağlı açıqlama verib. Sussan deyib: “Əgər siz özünüz heyvansınızsa, hamının belə olduğunu düşünmək lazım deyil. Bəşər Əsəd suveren dövlətin prezidentidir. Onu xalq seçib. Əsədə xarakteristikanı Tramp yox, Suriya xalqı verə bilər”. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Reks Tillersonun Moskva səfərindən əvvəl Bəşər Əsədi heyvan adlandırmışdı.
Read More »Ankaradan mühüm Qarabağ zəmanəti – “Qafqazdan çıxmayacağıq …”
“Bir millət iki dövlət”: referendum sonrası əsas gözlənti” Qardaş ölkədən Bakıya və Moskvaya önəmli aprel mesajı gəldi; prezident Ərdoğanın “Təhlükəsizliyimiz Qafqazdan başlayır” bəyanatının pərdəarxasındakı incə çatdırışlar; erməni analitik: “Ermənistan artıq dövlət olaraq mövcud deyil, zaman əleyhimizə işləyir…” Türkiyədəki 16 aprel referendumuna bir neçə gün qalır. Referendumun nəticəsi müsbət olarsa, – böyük ehtimalla belə də olacaq,- o zaman ölkənin siyasi idarəçilik …
Read More »Vətənpərvərlik gərək insanın, canında, qanında olsun
Azərbaycan üçün ürəyi yanan soydaşımız Azərbaycanın xarici ölkələrdə tanıdılması, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində xaricdə yaşayan soydaşlarımızın gördükləri işlər danılmazdır. Etiraf edilməlidir ki, bu işdə əcnəbi ölkələrdə yaradılan icmaların, diaspora təşkilatlarının rolu, onların təmsilçilərinin yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı fəallığı böyük əhəmiyyət daşıyır. Belələrindən biri də Qırğızıstanda Azərbaycanı ləyaqətlə təmsil edən qeyrətli eloğlumuz, Türkdilli Dövlətlərin …
Read More »